top
Hans Fliklə Lamin Yamal arasında gərginlik: Faktlar və şayiələr Idman.biz
17 oktyabr 2025, 17:05
- +

Hans Fliklə Lamin Yamal arasında gərginlik: Faktlar və şayiələr

"Barselona"da baş məşqçi Hans-Diter Flik Lamin Yamalla aralarında konflikt yaşanmasına dair mətbuatda dərc edilən xəbərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, alman məşqçi "AS" nəşrinə açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib.

O vurğulayıb ki, idman direktoru Dekonun məsələyə müdaxilə etməsi və guya məhz onun xahişindən sonra L.Yamalın PSJ ilə oyunda həyətə salınması - heç bir əsası olmayan cəfəng iddialardır.

16:18

"Barselona"da baş məşqçi Hans-Diter Fliklə yarımmüdafiəçi Lamin Yamal arasında gərginlik artan xətt üzrə inkişaf edir.

İdman.biz "Cadena SER"ə istinadən xəbər verir ki, alman mütəxəssis 18 yaşlı futbolçunu komandanın toplanışına gecikdiyinə görə cəzalandırmaq istəyib və onu PSJ ilə Çempionlar Liqasının oyununa heyətdən kənarlaşdırmaq qərarına gəlib. Lakin baş məşqçinin bu qərarı idman direktoru Deko müdaxilə etdikdən sonra ləğv edilib.

Mənbənin məlumatına görə, Hans Flik prinsipial mövqeyi ilə tanınır və daha əvvəl oxşar intizam pozuntularına görə Jül Kunde, Rafinya və İnyaki Penyanı da oyunlardan kənarlaşdırıb.

Bu dəfə məsələ cəzasız şəkildə həllini tapıb və Yamal PSJ ilə matça start heyətində çıxaraq bütün oyunu meydanda keçirib. Bununla belə, bu hadisə baş məşqçinin avtoritetini sual altına qoyub və komandada daxili fikir ayrılıqlarına səbəb olub.

Klub rəhbərliyi Yamalın meydandan kənardakı davranışından narahatdır. Onların fikrincə, futbolçunun həyat tərzi və son aylarda intizama münasibəti narahatlıq doğurur. Bununla belə, yarımmüdafiəçinin istedadı onu "Barselona"nın idman layihəsinin mərkəzi fiqurlarından birinə çevirib. Futbolçunun müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub və o, artıq mövsümün ilk oyunlarında iki qol vurub, dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Klub rəhbərliyi Flikin avtoriteti ilə Yamalın statusu arasında tarazlığı qorumaq və yaranmış qarşıdurmanı yumşaltmaq üçün çalışacaq. Bu vəziyyətin necə həll olunacağı təkcə komandanın paltardəyişmə otağındakı atmosferə deyil, həm də "Barselona"nın mövsümün həlledici mərhələsindəki sabitliyinə təsir göstərəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər