"Barselona"nın baş məşqçisi Hans-Diter Flik zədələrini sağaltmaqda olan Lamin Yamal və Aleks Baldenin səhhəti ilə bağlı son məlumatları paylaşıb.
İdman.biz bildirir ki, sentyabrın 21-də "Barsa" La Liqanın 5-ci turunda "Xetafe" ilə qarşılaşacaq.
"Yamalla bağlı məsələdə günbəgün irəliləməliyik. Gözləməliyik, amma o, çox çalışır və onda hər şey əla alınır.
Baldeyə gəlincə, onun vəziyyəti yaxşılaşır və o, tezliklə qayıdacaq", – Flik deyib.
Yamal ağrılar içində getdiyi İspaniya millisinin düşərgəsindən qayıtdıqdan sonra zədə alıb. Balde sentyabrın əvvəlində aldığı zədədən sağalır.
İdman.biz