top
Hannes Halldorsson: Azərbaycan - İslandiya oyunu çətin olacaq, Qarabağın uğurlarına sevinirəm Idman.biz
13 noyabr 2025, 10:45
- ↺ +

Hannes Halldorsson: Azərbaycan - İslandiya oyunu çətin olacaq, "Qarabağ"ın uğurlarına sevinirəm

Azərbaycan çempionatı tarixində çıxış etmiş yeganə islandiyalı futbolçu Hannes Halldorsondur. 41 yaşlı sabiq qapıçı 2018/2019-cu illər mövsümündə "Qarabağ"ın formasını geyinib. 2022-ci ildə karyerasını başa vuran Halldorsson 2011-2021-ci illər ərzində İslandiya millisinin heyətində 77 matçda iştirak edib.

İdman.Biz xəbər verir ki, qolkiper AFFA-nın mətbuat xidmətinə müsahibəsində məhz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İslandiya oyunu ilə bağlı fikirlərini bildirib.

– Azərbaycan və İslandiya yığmaları arasında keçiriləcək qarşılaşmadan gözləntiləriniz nələrdir?

– Oyun çətin olacaq. Reykyavikdə İslandiya çox yaxşı çıxış etmişdi, amma Azərbaycan evdə həmişə güclü oynayır. Ukrayna ilə öz meydançasındakı matçda qeydə alınan nəticə bunu göstərir. Buna görə də bizi çox çətin qarşılaşma gözləyir.

– Ukrayna ilə qrupda ikinci yer uğrunda mübarizə baxımından bu görüş İslandiya üçün həlledici sayıla bilərmi?

– Bəli, tamamilə həlledici oyundur. İslandiya ümidlərini son tura qədər qorumaq üçün mütləq qalib gəlməlidir.

– Reykyavikdəki ilk oyundan sonra Azərbaycan millisinin baş məşqçisi dəyişib. Sizcə, bu dəfə əvvəlkindən fərqli ssenari görə bilərikmi?

– Bəli, şübhəsiz fərqli olacaq. Azərbaycan evdə daha güclüdür və yeni baş məşqçi adətən komandaya əlavə motivasiya gətirir. İslandiya bunun fərqində olmalı və oyunda bütün gücünü ortaya qoymalıdır.

– 2018/2019-cu illər mövsümündə Azərbaycanda "Qarabağ"ın formasını geyinmisiniz və həmin komandadan bir neçə futbolçu indi milli yığmamızın üzvüdür. Bu, oyunu sizin üçün daha çətin və ya emosional edirmi?

– Bəli, bu, matçı mənim üçün daha maraqlı edir. Reykyavikdəki görüşü izləmişdim. Şahruddin Məhəmmədəliyev, Mahir Emreli və digər sabiq komanda yoldaşlarımı meydanda görmək xoş idi. Şahruddin bir neçə möhtəşəm qurtarış etdi və əslində həmin oyunda əlindən gələni etdi.

– Azərbaycanda futbolçu kimi keçirdiyiniz günləri necə xatırlayırsınız?

– Bakıda keçirdiyim günlərə böyük və xoş xatirə kimi baxıram. Bu, mənim həyatımda çox dəyərli bir təcrübə idi. Ailəm ilə birlikdə Azərbaycanı tanımaqdan məmnunam. Hələ də yaxın dostum Nurlan Hüseynovla əlaqə saxlayıram və ona salamlarımı çatdırıram.

– Sonda, "Qarabağ"ın cari mövsümdə UEFA Çempionlar Liqasındakı çıxışı barədə fikirləriniz necədir?

– "Qarabağ"ın uğurlarına çox sevinirəm. Bu mövsüm əldə etdikləri nəticələr heyrətamizdir və bu da İslandiya üçün oyunun nə qədər çətin olacağını göstərir. "Qarabağ" böyük klubdur və onlara gələcəkdə uğurlar arzulayıram.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Oxşar xəbərlər