top
Hamza Hamzaoğlu Fənərbaxça-Qalatasaray derbisi haqqında danışıb: Səbir və istək həlledicidir Idman.biz
01 dekabr 2025, 14:25
- ↺ +

Hamza Hamzaoğlu "Fənərbaxça"-"Qalatasaray" derbisi haqqında danışıb: "Səbir və istək həlledicidir"

"Əvvəlcədən derbi oyunlarına proqnoz vermək çətindir".

Bu sözləri türkiyəli tanınmış mütəxəssis Hamza Hamzaoğlu bu gün Türkiyə Superliqasının XIV turunda "Fənərbaxça" və "Qalatasaray" komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.

55 yaşlı mütəxəssis derbi oyunlarının taleyini baş məşqçilərlə futbolçuların səbir və istəyinin həll etdiyini söyləyib.

"Bu görüş hər iki komanda üçün önəmlidir. Ev sahibi "Fənərbaxça" yaxşı formadadır. Komanda Domeniko Tedeskonun gəlişindən sonra uğurlu qrafiklə gedir. Onlar bu mövsüm çempionluq üçün daha ümidlidirlər. Anderson Talişkanın hücumçu kimi oynayacağı yazılır. Mənə görə, braziliyalı oyunçu hücumçunun arxasında oynadığı zaman daha effektli olur. "Sarı-lacivərdlilər"in heyətində ciddi itkilər yoxdur", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, "Qalatasaray"da itkilərin çox olması komandaya mənfi təsir edəcək: "Zədədən geri qayıdan Viktor Osimhenin hansı formada olacağı maraqla gözlənilir. Bəlkə baş məşqçi Okan Buruk müdafiədə Arda Ünyaya şans verəcək. Onun Leroy Sanenin arxasında olmasını gözləyirəm. Sol cinahda Kazımcan Karataş meydanda ola bilər. Gənc futbolçunun hücum potensialı yüksəkdir. Əgər bu sistemlə oynasalar, Abdülkərim Bardakçı sola çəkiləcək, Davinson Sançes isə mərkəzdə qalacaq. Bugünkü matçının taleyini həll edəcək məqam "Fənərbağça"nın nə qədər pressinq etməsi olacaq. Qonaqlar yüksək temp və bu heyətlə ikinci hissədə yorula bilərlər".

"Şükrü Saracoğlu" stadionunda təşkil olunacaq "Fənərbaxça"-"Qalatasaray" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Prinsipial görüşü Yasin Kol idarə edəcək.

Qeyd edək ki, Hamza Hamzaoğlu "Qalatasaray"da işlədiyi dönəmdə komandaya Türkiyə çempionluğunu, ölkə kubokunu və Superkubokunu qazandırıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 19:45

Mahir Emreli: Litva üzərində 1-0 qalibiyyət qrupun ən vacib qələbəsi ola bilər

Futbol
Dünən, 17:57

Azərbaycan U17 qadın futbol komandası AVRO‑2027 seçmə mərhələsində sonuncu yerə düşdü

Qarabağ FK
Dünən, 17:27

Xankəndi futbol klubunda yeni köməkçi məşqçi Aydın Qasımov təyin olundu

Futbol
Dünən, 12:33

Litva millisinin sabiq məşqçisi: Azərbaycan futbolu geriləyir

Futbol
Dünən, 11:59

Juventus, Atalanta'nın sol müdafiəçisini transfer siyahısına əlavə edib

Futbol
Dünən, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Cüdo
Dünən, 11:00

Dünya cüdo çempionatı Bakıda başladı: İlk gündə 4 azərbaycanlı tatamiyə çıxdı

Qarabağ FK
Dünən, 10:30

Kamilo Duran Kolumbiya millisinin yığmasında ilk dəfə meydan gördü

Futbol
Dünən, 09:42

Argentina futbol millisi Burkina-Fasoya 7-0 məğlubiyyət verdi

Futbol
Dünən, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Dünən, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Dünən, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Futbol
Dünən, 04:19

Brunu Fernandeş Ronalduyu müdafiə edərək Portuqaliya Futbol Federasiyasını problemi həll etməyə çağırır

Futbol
Dünən, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Dünən, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Qarabağ FK
03 oktyabr 2026, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
03 oktyabr 2026, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
03 oktyabr 2026, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
03 oktyabr 2026, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Qarabağ FK
03 oktyabr 2026, 19:26

Qarabağ, Zira üzərində 3:1 qalibiyyəti ilə üstünlük qazandı

Futbol
03 oktyabr 2026, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
03 oktyabr 2026, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
03 oktyabr 2026, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
03 oktyabr 2026, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Oxşar xəbərlər