top
Hamidu Keyta: Burada özümü azərbaycanlı kimi hiss edirəm - Müsahibə Idman.biz
23 oktyabr 2025, 17:08
- ↺ +

Hamidu Keyta: "Burada özümü azərbaycanlı kimi hiss edirəm" - Müsahibə

"Qarabağ"da mənə daha çox şans versəydilər, özümü daha yaxşı göstərə bilərdim".

Bunu "Araz-Naxçıvan"ın fransalı futbolçusu Hamidu Keyta teleqraf.az-a müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

– Hazırda karyeranız necə davam edir?

– Özümü burada çox yaxşı hiss edirəm. Buradakı insanları, xalqı çox sevirəm. Azərbaycan mənim üçün yad ölkə deyil.

– Bakıda yaşam tərziniz necədir?

– Burada özümü azərbaycanlı kimi hiss edirəm. Sadəcə, azərbaycanca bilməməyim bir az çətinlik yaradır. Hamı deyir, öyrən, mən də gələcəkdə buna çalışacağam. Küçələrdə təhlükəsizlik xoşuma gəlir, insanlar yaxşıdır, ölkə təhlükəsizdir. Burada bir neçə dostum var və onlara deyirəm ki, Azərbaycana gəlsələr, xoşbəxt ola bilərlər.

– Azərbaycanda əvvəl "Zirə"də, daha sonra "Qarabağ"da çıxış etmisiniz.Türkiyənin "Konyaspor" klubuna yollansanız da, yenidən yay fasiləsində geri qayıtdınız. Bəs, necə oldu ki, "Araz-Naxçıvan"ın təklifiniz qəbul etdiniz?

– Ötən mövsüm "Araz-Naxçıvan"ın çıxışını izləmişdim. Komanda Konfrans Liqasına vəsiqə qazanmışdı. Baş məşqçi ilə də danışdım və düşündüm ki, bu il daha çox imkanlar olacaq. Beləliklə, təklifi qəbul edib gəldim.

– Bəs meydanda az görünməyinizin səbəbi nədir?

– Bizim komandada çox futbolçu var. Düşünürəm ki, mənim də vaxtım gələcək. Hazırda fiziki baxımdan yaxşı vəziyyətdəyəm. İnanıram ki, özümü daha yaxşı tərəfdən göstərib oyun şansı qazanacağam.

– "Qarabağ"da olarkən daha çox şans qazansaydınız, komandaya kömək edə bilərdiniz?

– Təbii ki, "Qarabağ"da mənə daha çox şans versəydilər, özümü daha yaxşı göstərə bilərdim. Amma orada keyfiyyətli futbolçular çox idi. O dönəm artıq keçmişdə qaldı. İndi "Araz-Naxçıvan"dayam.

– Qurban Qurbanovdan və "Qarabağ"da qazandığınız təcrübə sizə nə dərəcədə kömək edir?

– Həyatım boyu bir çox komandada oynamışam, təcrübəm kifayət qədər zəngindir. İndi isə daha çox kollektiv uğuru önə çəkməliyəm. Məsələn, mən xoşbəxt olmasam belə, əsas olan komandanın uğur qazanmasıdır.

– Bəs Qurban Qurbanovu necə xatırlayırsınız?

– O, böyük məşqçidir. Hər bir futbolçu üçün onun kimi baş məşqçinin rəhbərliyi altında oynamaq böyük təcrübədir. Fərqli oyun baxışı var. Məsələn, Qurban müəllimdə bir cür, Elmar Baxşıyevdə isə başqa cür yanaşma var.

– Sabiq klubunuz "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Bu barədə fikirləriniz necədir?

– Onlara görə sevinirəm. Bu komanda Çempionlar Liqasında oynamağa tam layiqdir. Ümid edirəm ki, növbəti oyunlarda qələbə qazanacaqlar. "Qarabağ" Avropaya göstərir ki, Azərbaycan klubu ölkə xaricində nələrə qadirdir.

– Rəqiblərdən hansını tanıyırsınız?

– Onlar bu mərhələyə gəliblərsə, deməli, daha artığını da edə bilərlər. Heç kim, o cümlədən mən də "Benfika"nı məğlub edəcəklərini gözləmirdim. Bu yerə gəlib çatmaqla göstərirlər ki, bacarıqları var.

– "Atletik" Bilbaoya 1:3 hesablı məğlubiyyət barədə nə deyərdiniz?

– Bu, böyük turnirdir və rəqiblər təsadüfi komandalar deyil. "Atletik" İspaniyanın adlı-sanlı klubudur. Belə turnirlərdə bir oyunu uda, digərində uduza bilərsən.

– Bu yaxınlarda Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə qarşılaşaraq 0:3 hesabı ilə məğlub oldu. Həmin görüş barədə fikirləriniz də maraqlıdır...

– Azərbaycan müdafiə olunmağı yaxşı bacardı. Amma Fransanın hücumçuları sanki sənət əsəridir. Azərbaycan yığması isə hər şeyini meydanda qoydu və yaxşı mübarizə apardı.

– Bakıdakı cavab oyununu canlı izləyəcəksinizmi?

– Təbii ki, düşünürəm. Çalışacağam oyunu stadiondan canlı izləyim.

– Şansları necə dəyərləndirirsiniz?

– Fransa çox güclü komandadır, onları udmaq çətindir. Yenə də bu, futboldur. Əvvəldən praqnoz vermək doğru çıxmaz.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Oxşar xəbərlər