Niderlandın "Fortuna" klubunda çıxış edən Alen Haliloviçin "Qarabağ"a keçidinin alınmamasının təfərrüatı bəlli olub. Sport24.az bu barədə etibatlı mənbədən məlumat əldə edib.
Tərəflər maaşdan daha çox müqavilənin müddətində anlaşmayıblar.
Danışıqların ilkin mərhələsinin uğurlu keçdiyi və məvacibdə razılaşmağa yaxın olduqları dönəmdə Azərbaycan çempionu 29 yaşlı hücumameyilli oyunçu ilə uzunmüddətli sözləşmə bağlamaq istəyib.
Lakin Haliloviç buna razı olmayıb.
Beləliklə, "Qarabağ" futbolçu ilə danışıqları dayandırmaq qərarına gəlib və onunla əlaqələri kəsib.
"Köhlən atlar" avqustun əvvəlində bu mövqeyə Joni Montieli transfer edib.