Azərbaycan çempionatının I Liqasında çıxış edən "Mingəçevir"in məşqçisi Namiq İbrahimli cəzalandırılıb.
İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Çalışdırıcı VII turun "Mingəçevir" – "Baku Sportinq" oyunundakı hərəkətlərinə görə cəzaya layiq görülüb. İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alıb.
Məşqçi bundan sonra hakimləri təhqir və təhdid edib. AFFA onu 5 oyunluq cəzalandırıb. "Mingəçevir" 400 manat cərimə olunub.
İdman.biz