top
Hakimlər Komitəsinin yeni sədri belçikalı oldu Sport24.az
26 iyul 2024, 14:20
- ↺ +

Hakimlər Komitəsinin yeni sədri belçikalı oldu

AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. Sport24.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Belçikalı mütəxəssis Frank de Bleker bu posta təyin olunub.

 

AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilmişdi. Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, Frank de Bleker iyulun 28-dən Misli Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.     Frank de Bleker barədə məlumatı diqqətinizə çatdırırıq:   FRANK DE BLEKER 01.07.1966-cı ildə anadan olub. 1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb. UEFA-nın Hakim-İnspektoru kimi fəaliyyət göstərir. UEFA-nın CORE Proqramı (UEFA Mükəmməl Hakimlik Mərkəzi) üzrə Təlimçisidir. UEFA-nın İstedadlı hakimlər üzrə Mentorudur. UEFA-nın Hakimlərin İnkişafı Komissiyasının üzvüdür. Belçika Futbol Assosiasiyasının Hakimlər üzrə Texniki Direktorun müavini vəzifəsində işləyib. Belçika Futbol Assosiasiyasında Hakimlərin İnkişafı üzrə şöbənin rəhbəri olub.   KARYERA Hakimlik fəaliyyətinə 1984-cü ildə başlayıb. 17 il ərzində Belçikanin Yüksək Liqasında keçirilən oyunlarda hakimlik edib (ümumilikdə 242 oyun). 7 dəfə Belçikada ilin hakimi seçilib. 6 dəfə "Qızıl Fit" mükafatı ilə təltif edilib. 2009-cu ildə dünyanın ən yaxşı üçüncü hakimi seçilib. 2006-cı ildə Almaniyada, 2010-cu ildə Cənubi Afrikada keçirilən FIFA dünya çempionatlarında hakimlik edib. 2004-cü ildə Portuqaliyada, 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən (yarımfinal mərhələsinin Rusiya - İspaniya oyunu daxil olmaqla) UEFA Avropa çempionatlarının oyunlarında hakimlik edib. 2005-ci ildə Peruda keçirilən U-17 FIFA dünya çempionatının oyunlarını idarə edib. UEFA Çempionlar Liqasının 47 oyununda hakimlik edib. 3 dəfə UEFA Çempionlar Liqasının yarımfinal oyunlarını idarə edib (2006, 2010, 2011). 3 dəfə UEFA Avropa Liqasının yarımfinal oyunlarını idarə edib (2007, 2008, 2009). 2009-cu ildə UEFA Superkubokunun final ("Barselona" – "Şaxtyor" Donetsk) oyununu idarə edib. 2009-ci ildə Misirdə keçirilən U-21 FIFA dünya çempionatının oyunlarını idarə edib. 3 dəfə Belçika Kubokunun final oyununu idarə edib. Uğurlu karyerasına görə Belçikada 2011-ci ildə xüsusi mükafatla təltif olunub. AVRO-2024-də Hakim-inspektor kimi fəaliyyət göstərib.
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Futbol
Bu gün, 14:20

Dirk Kuyt Fənərbağçadan ayrıldı

Futbol
Bu gün, 14:00

Röyal Nəcəfov: Xankəndiyə geri dönüş tarixdir

Futbol
Bu gün, 13:54

Lamin Yamal Avropanın TOP-5 liqasında dribbling rekordunu qaldırdı

Güləş
Bu gün, 13:40

Azərbaycan sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazandı

Futbol
Bu gün, 13:20

Futbolçu millət yığmasının düşərgəsini tərk edib ‘Real’da qalacaq

Futbol
Bu gün, 13:15

Ronaldu ayrıldı, Portuqaliya millisinin biletlərinin qiymətləri kəskin düşdü

Futbol
Bu gün, 13:06

Lixtenşteyn-Azərbaycan oyunu üçün hakimlər təyin edildi;

Qarabağ FK
Bu gün, 13:00

Qarabağ ən yüksək topa sahibolma faizində, Kəpəz ən aşağıda

Basketbol
Bu gün, 12:59

Azərbaycan qadın basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Futbol
Bu gün, 12:46

Sumqayıt kapitanı İsa Suliman Pakistan milli komandası üçün dəvət alıb;

Futbol
Bu gün, 12:40

Çox az insan 90 dəqiqə futbol izləyir

Güləş
Bu gün, 12:33

Davud Məmmədov Qazaxıstandakı beynəlxalq yunan‑Roma güləş turnirinin qalibi oldu;

Futbol
Bu gün, 12:29

Fənərbağça, Dirk Kuytla yollarını ayırdı

Futbol
Bu gün, 12:26

Antonio Konte, Manchester United baş məşqçi postu üçün Mauricio Poçetinno ilə rəqabət edir

Futbol
Bu gün, 12:15

Timoteuş Puxaç, 'Sabah'dan sonra Polşada 'Lex' klubuna qayıtmaq istədiyini açıqladı

Voleybol
Bu gün, 12:13

Kəmalə Əsgərova 1/32 final CEV Çelenc Kubokunda hakim olacaq

Oxşar xəbərlər