"Ankaragücü"nün sabiq baş məşqçisi Faruk Koca həbs edilib.
İdman.biz xəbər verir ki, o, ömrünün 3 il 7 ay 22 gününü dəmir barmaqlıqlar arasında keçirəcək.
Buna səbəb Kocanın ötən mövsüm Türkiyə Super Liqasında "Ankaragücü" – "Rizəspor" matçından sonra hakim Halil Umut Melerə hücum edərək yumruq vurmasıdır. Bu, qəsdən qarşıdakı şəxsə hücum kimi qiymətləndirilib.
Qeyd edək ki, bu hərəkətə görə Koca ötən il klub prezidentliyindən və futbolla bağlı olan bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.
İdman.biz