"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu "Monako" ilə yoxlama oyununda iki sarı vərəqə alıb və artıq 36-cı dəqiqədə meydandan qovulub.
İdman.biz xəbər verir ki, buna baxmayaraq, hesabda 0:1 geridə olan İtaliya təmsilçisi ikinci hissədə iki qol vuraraq qalib gəlib - 2:1.
Qələbə qolunu "İnte"inin yeni transferi Ange-Yoan Bonni vurub.
"Gazzetta dello Sport"un fikrincə, Çalhanoğluna ikinci sarı vərəqənin göstərilməsi çox mübahisəli qərar olub.
"Monako"nun baş məşqçisi Adi Hütter hakimin yanına gedərək "İnter"də Çalhanoğlunun əvəzinə başqa futbolçunun meydana çıxmasına icazə verilməsini xahiş edib ki, komandalar bərabər sayda oyunçu ilə oynasınlar, lakin hakim bu xahişi rədd edib.
Çalhanoğlu karyerası ərzində birbaşa qırmızı vərəqə almayıb. O, rəsmi oyunlarda iki dəfə iki sarı vərəqə üzündən meydandan qovulub. Onlardan biri 2013/14 mövsümündə "Hamburq"da oynadığı vaxt, digəri isə 2017/18 mövsümündə "Milan"da debüt mövsümündə olub.
Digər yoxlama görüşündə "Çelsi" 2:0 hesabı ilə "Bayer"ə qalib gəlib. Bu oyunda yeni transfer Estevao London klubunda debüt qolunu vurub.
İdman.biz