top
Hacıyevski: Santuşun bu qədər uğursuz olacağını gözləmirdim Idman.biz
09 sentyabr 2025, 18:40
- ↺ +

Hacıyevski: Santuşun bu qədər uğursuz olacağını gözləmirdim

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Hacıyevskinin futbolinfo.az saytına müsahibəsi.

– Azərbaycan yığmasının İslandiyaya 0:5 hesablı məğlubiyyətini necə qarşıladınız?

– Açığı, İslandiya ilə oyunu izləmədim. Yadımdadır ki, uzun illər öncə mən Makedoniya millisinin baş məşqçisi olanda evdə İslandiyaya qalib gəlmişdim, Reykyavikdə isə 1:1 hesablı heç-heçə etmişdik. Bəli, həmin dövrlə müqayisədə İslandiya yığması indi daha güclüdür. Amma onlara 0:5 hesabı ilə uduzacağın səviyyədə də deyillər.

– Bu nəticədən sonra baş məşqçi Fernandu Santuş istefaya göndərildi. Yəqin ki, qərarı haqlı hesab edirsiniz…

– Açığı, Avropa çempionu olmuş Santuşun Azərbaycan millisindəki fəaliyyətinin bu qədər uğursuz alınacağını gözləmirdim. Onun yaxşı işlər görəcəyini, uğurlu nəticələrə imza atacağını təxmin edirdim. İslandiyaya 0:5 hesablı məğlubiyyət xəyal qırıqlığıdır. Bu mənada, Santuşun istefaya göndərilməsini normal qarşılayıram.

– Yığmamızı bu gün Ukrayna ilə baş tutacaq matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq…

– Hazırda Azərbaycanda vaxtilə futbolçu olmuş yaxşı yerli məşqçilər var. Qurban Qurbanov, Rəşad Sadıqov, Samir Abasov və digərlərinin adını çəkə bilərəm. İnanıram ki, yerli məşqçi təyin edilsə, nəticə bundan pis olmayacaq. Amma bu, mənim işim deyil, federasiyanın işinə qarışmaq istəmirəm. Sadəcə, Azərbaycanda çalışmış bir şəxs olaraq, sizin futbolçuların mentalitetini və keyfiyyətini yaxşı bilirəm.

– Maraqlıdır ki, Azərbaycan yığmasında qələbə görməyən iki məşqçi var: biri Santuşdur, digəri isə siz. Santuş 11 oyunda qalibiyyətə həsrət qaldığı halda, sizdə bu göstərici 3-dür. Bunu necə şərh edərdiniz?

– Mən digər əcnəbi mütəxəssislərlə müqayisədə Azərbaycan millisində çox az işlədim, cəmi 3 oyunda komandaya rəhbərlik etdim. Yəni digərləri kimi uzun müddət çalışmadım. İşlədiyim dönəmdə də güclü Belçika və Finlandiya yığmaları ilə qarşılaşmışdıq, bir də Qazaxıstanla üz-üzə gəlmişdik. Mənim daha çox iş görmək imkanım, bu səbəbdən də qələbə qazanmağım üçün yetərli zamanım olmamışdı. 3 oyunla 11 oyun arasında fərq böyükdür.

– Sizcə, Azərbaycan yığmasının əsas problemi nədir?

– Azərbaycan millisində yerli və ya əcnəbi məşqçi işləyə bilər. Amma əsas problem bu deyil, baş məşqçinin kimliyi böyük rol oynamır. Əsas məsələ təşkilatlanmada və azərbaycanlı futbolçuların keyfiyyətindədir. Dəfələrlə demişəm ki, milli komandanın uğurlu nəticələr qazanmasını istəyirsənsə, ya güclü çempionatın olmalıdır, ya da güclü xarici çempionatlarda oynayan futbolçuların. Əvvəl Azərbaycan liqasının səviyyəsi yüksək idi. Bildiyim qədərilə bu mövsümdən legioner limiti ləğv olunub. Bu isə o deməkdir ki, ötən sezonla müqayisədə bu il Azərbaycan çempionatı daha səviyyəlidir. Mən işlədiyim dönəmdə də legioner limiti yox idi. Həmin vaxt güclü klubların da sayı çox idi. Onda "Neftçi", "İnter", "Xəzər Lənkəran", "Bakı", "Simurq" və "Qarabağ" çempionluq mübarizəsi aparırdı. İndiki kimi deyildi, son 10 ildə "Qarabağ" hegemonluq edir. Yadımdadır, mən çalışdığım dönəmdə "Qarabağ"ı Rasim Kara çalışdırırdı.

Dediyim kimi, yığmanın irəli getməsi üçün ya güclü liqan olmalıdır, ya da İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa, İsveçrə, Avstriya kimi ölkələrdə legioner həyatı yaşayan futbolçuların. Nə qədər güclü çempionatlarda oynasalar, millinin düşərgəsinə bir o qədər yaxşı formada gələcəklər. Əsas məsələ budur. Yoxsa Azərbaycan millisinə Pep Qvardiola və ya Yurgen Kloppu da gətirsən, nəticə olmayacaq. U-21, U-19, U-17 yığmaları inkişaf etməsə, əsas millinin işi çox çətin olacaq. Sizə düzgün və uzunmüddətli strategiya lazımdır, yalnız bu halda Azərbaycanda futbolun səviyyəsi qalxacaq.

– "Qarabağ"ın tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasını necə qarşıladınız?

– "Qarabağ"ı bu münasibətlə təbrik edirəm və onlara əsas mərhələdə uğurlar arzulayıram. Vaxtilə köməkçim olmuş Çudomir Çakarov uzun illərdir ki, "Qarabağ"da işləyir. Onların uğuruna çox sevinirəm. Azərbaycanın digər klublarına da uğurlar diləyirəm. Hazırda Bolqarıstanda çalışdığım üçün "Sabah"ın Konfrans Liqasında "Levski" ilə oyunlarını izlədim. "Sabah" ilk görüşdə pis təsir bağışlamadı, amma Bakıdakı cavab oyununda zəif çıxış etdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:24

İngiltərənin üç nəhəng klubu "Milan"ın müdafiəçisi Koni de Vinter üçün mübarizədədir

Qarabağ FK
Bu gün, 20:15

“Qarabağ” – “Turan Tovuz”: “Azersun Arena”da müddətli qonaqların 0:1 hesablı qələbəsi

Voleybol
Bu gün, 20:11

Qarsda Zəfər Gününə həsr olunan voleybol turnirində İdman Elmləri Fakültəsi qalib oldu

Futbol
Bu gün, 19:58

Türkiyə millisinin Fransa və Belçika ilə oyunlar üçün heyəti açıqlandı

Futbol
Bu gün, 19:52

Bakı Olimpiya Stadionu Borussiya Dortmundun su ilə bağlı iddialarını təkzib edərək əlavə laboratoriya analizlərini açıqladı

Futbol
Bu gün, 19:44

Borussiya Dortmundun su keyfiyyəti iddiaları əsassızdır, Barselona narahat olmamalıdır

Futbol
Bu gün, 19:44

"Real Madrid" qapıçı Ziyon Suzuki üçün rekord cəbhə hazırlayır

Futbol
Bu gün, 19:28

Vikingin forvardı Erik Botheim 4:1 qalibiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 19:20

Portuqaliyanın ikinci divizion komandası Torreense Avropa Liqasında tarixi qələbə qazandı

Futbol
Bu gün, 19:00

La Liqa 12-ci tur: "Mərakeş"i başqa yerdə çəkin deyərək, "Real Madrid" Valensiya səfərində, liderlik uğrunda isə "Barselona" ilə "Atletiko" mübarizəsində

Digər
Bu gün, 18:44

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında Belarus və Rusiya komandaları birinci yeri tutublar

Voleybol
Bu gün, 18:37

Yusubov: Qızlar Özlərinə İnam Edə Bilməyirlər, Komanda Təcrübə Çatışmazlığı Var

Futbol
Bu gün, 18:29

UEFA "Səbahi"nin "Vikinqə" 4:1 hesabıyla məğlubiyyətini qeyd etti

Futbol
Bu gün, 18:28

Tomas Tuxel: İngiltərə millisinin UEFA Millətlər Liqasındakı bir nömrəli hədəfi birinci yeri tutmaq və Avro-2028-ə hazırlaşmaqdır

Digər
Bu gün, 18:15

Azərbaycan Atletika Federasiyası ERBC 2026-da Portuqaliyada iştirak edir

Futbol
Bu gün, 18:13

Bavariya Məşqçisi Kompanın Sağlamlığı İlə Bağlı Müsbət Gelişmə

Futbol
Bu gün, 17:55

Superliqada liderlik dueli: Qalatasaray‑Amed və Fənərbağçanın yeni dövrü

Futbol
Bu gün, 17:42

Bernardu Silva Portuqaliya millisində Ronaldunun əvəzinə yeni kapitan olacaq

Qarabağ FK
Bu gün, 17:35

“Xankəndi” baş məşqçisi: “Bir xal qazanmadıq, iki xal itirdik”

Futbol
Bu gün, 17:28

Premyer Liqa: Manchester United aşağı düşmə riskində, liderlik mübarizəsi davam edir

Digər
Bu gün, 17:23

Elmira Aslanovanın rəhbərlüyündəki Azərbaycan qadın alpinistləri Everest baza düşərgəsinə uğurla çatdı

Digər
Bu gün, 17:20

Minifutbol üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Elşad Quliyevə 50 yaşı münasibətilə AMF-dən xatirə hədiyyəsi təqdim edildi

Formula 1
Bu gün, 17:16

Mercedes sürücüsü Corc Rassell motorun dəyişdirilməsi üçün 5 mövqeli cərimə aldı

Futbol
Bu gün, 17:15

Sergen Yalçın Türkiyə milli yığmasının 26 oyunçusunu seçdi

Oxşar xəbərlər