"Mançester Siti"nin futbolçusu Erlinq Haaland İsveçrə qanunlarını pozub. Sport24.az xəbər verir ki, norveçli hücumçu Vaund kantonunda sürət həddini aşdığı üçün cərimələnib.
Haaland 60 İsveçrə frankı (67 dollar) məbləğində cəriməni hələ ödəməyib.
İsveçrədə ödənilməmiş cərimələrə görə şəxslər bir gündən üç aya qədər həbslə cəzalandırılır. Haaland bu ölkəyə getsə, İsveçrə polisi tərəfindən saxlanıla bilər.