top
Globe Soccer Awards 2025 mükafatları sahiblərini tapdı Idman.biz
28 dekabr 2025, 21:16
- +

Globe Soccer Awards 2025 mükafatları sahiblərini tapdı

"İlin ən yaxşı kişi futbolçusu" nominasiyasında Usman Dembele, Kilian Mbappe, Rafinya, Vitinya və Lamin Yamal finalçılar sırasında idi. "Globe Soccer Awards 2025" bu nominasiyanın qalibi olaraq Usman Dembeleni seçib.

21:14

Lamin Yamal "Globe Soccer Awards 2025"də ilin ən görkəmli oyunçusu olaraq "Maradona" adına mükafatın sahibi seçildi.

21:08

Kriştiano Ronaldu "Globe Soccer Awards 2025"də "Yaxın Şərqin ən yaxşı futbulçusu" nominasiyasını qazandı.

21:06

"Barselona" klubunun qadınlardan ibarət komandası "Globe Soccer Awards 2025"də "Ən yaxşı qadın klubu" mükafatını qazandı. Mükafat klubun prezidenti Joan Laportaya təqdim edilib.

21:03

Aitana Bonmati "Globe Soccer Awards 2025"də "Ən yaxşı qadın futbolçu" seçildi.

21:01

PSJ "Globe Soccer Awards 2025"də "Ən yaxşı kişi klubu" mükafatını qazandı.

20:54

Pol Poqba "Globe Soccer Awards 2025"də "Ən yaxşı geri dönüş" mükafatını qazandı. O, uzun müddətdən sonra futbol meydanına dönüb və 31 dəqiqə oynayıb.

20:45

Lamin Yamal "Globe Soccer Awards 2025"də "Ən yaxşı hücumçu" mükafatını qazandı.

20:42

Vitinya "Globe Soccer Awards 2025"də "Ən yaxşı yarımmüdafiəçi" mükafatını qazandı.

20:38

Luis Enrike "Globe Soccer" versiyasına görə "Ən yaxşı məşqçi" seçildi.

20:35

Jorje Mendes "Globe Soccer Awards 2025"də "Ən yaxşı agent" mükafatını qazandı.

20:32

Desire Doue 2025-ci il üçün "Globe Soccer" tərəfindən "Ən perspektivli oyunçu" seçildi.

20:29

Portuqaliya milli komandası "Globe Soccer" versiyasına görə "İlin ən yaxşı millisi" seçildi.

13:35

Bu axşam Dubayda keçiriləcək "Globe Soccer Awards 2025" mərasimində dünya futbolunun ən yaxşıları mükafatlandırılacaq.

İdman.Biz xəbər verir ki, tədbir "Atlantis The Royal" otelində təşkil olunacaq və artıq bütün əsas nominasiyalar üzrə finalçıların siyahısı açıqlanıb. Qaliblər mərasim zamanı canlı şəkildə elan ediləcək.

"İlin ən yaxşı kişi futbolçusu" nominasiyasında Usman Dembele, Kilian Mbappe, Rafinya, Vitinya və Lamin Yamal finalçılar sırasındadır.

"İlin ən yaxşı məşqçisi" nominasiyasında Xabi Alonso, Mikel Arteta, Luis Enrike, Hansi Flik və Enzo Mareska yer alıblar.

"İlin ən yaxşı hücumçusu" nominasiyasında Usman Dembele, Xviça Kvaratsxeliya, Kilian Mbappe, Rafinya və Lamin Yamal mübarizə aparacaq.

"İlin ən yaxşı yarımmüdafiəçisi" nominasiyasında Cud Bellinqhem, Joau Neveş, Kol Palmer, Pedri və Vitinya finalçıdırlar.

"İlin ən perspektivli oyunçusu" nominasiyasında isə Arda Güler, Kenan Yıldız, Pau Kubarsi, Joau Neveş və Desire Doue namizədlər arasındadır.

"İlin ən yaxşı kişi klubu" nominasiyasında "Barselona", "Çelsi", "Flamenqo", "Liverpul" və PSJ yer alır.

"İlin ən yaxşı qadın futbolçusu" nominasiyasında Aitana Bonmati, Aleksia Putelyas, Alessia Russo, Mariona Kaldentey və Melçie Dumornay yer alır.

"İlin ən yaxşı qadın klubu" nominasiyasında "Arsenal", "Barselona", "Çelsi" və "Yuventus" mübarizə aparır.

"Yaxın Şərqin ən yaxşı futbulçusu" nominasiyası siyahısında Salem əl-Dausari, Kərim Benzema, Kriştiano Ronaldu və Riyad Mahrez var.

Qeyd edək ki, "Globe Soccer Awards" hər il futbol dünyasında fərqlənən oyunçuları, məşqçiləri və klubları mükafatlandıran nüfuzlu beynəlxalq tədbirdir. Qaliblər bu axşam açıqlanacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

“Barselona” Rodri üçün yeni təklif hazırlayır

Formula 1
Bu gün, 03:15

McLaren rəhbəri yeni F1 qaydalarını tənqid edib

Digər
Bu gün, 02:05

Həbib Nurməhəmmədov öz qəhrəmanlarını açıqladı: Ronaldo və Məhəmməd Əli

Futbol
Bu gün, 01:34

„Qalatasaray“ 10 nömrəsi üçün iki namizədi mövcuddur

Futbol
Bu gün, 01:19

Lionel Messi atası Xorxe Messinin dəfn mərasimində

Futbol
Bu gün, 01:06

Trevo Çaloba “Komo”ya transfer olub

Futbol
Bu gün, 01:02

Toral Bayramov „Bursaspor“da ilk rəsmi oyununa çıxdı

Futbol
Bu gün, 00:55

Reşford “Mançester Yunayted”də 14 nömrə ilə qala bilər

Futbol
Bu gün, 00:43

65 metrdən qol: Diyan Vukoyeviçin möhtəşəm zərbəsi

Futbol
Bu gün, 00:32

“Barselona” Ronald Arauxonun əvəzinə Laportaya diqqət yetirir

Cüdo
Bu gün, 00:21

İslam Mahaçev: peşəkar karyerasının başlanğıcında üzləşdiyi ağır şəraitdən danışdı

Futbol
Bu gün, 00:07

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov “Petrolul”un qələbəsində iştirak etdi

Qarabağ FK
Dünən, 23:41

"Dinamo" Kiyev 90+2-ci dəqiqədə penalti sayəsində qələbə qazandı

Futbol
Dünən, 23:31

Nahuel Molina “Roma”ya keçir

Qarabağ FK
Dünən, 23:29

Qarabağ Dinamo ilə matça hazırlıq

Futbol
Dünən, 22:52

"Orhus"un təqvimində "Sabah"a görə dəyişiklik

Futbol
Dünən, 22:49

Luka Din PSJ-yə qayıtdı

Digər
Dünən, 22:31

İslam Mahaçev və İan Qarri UFC 330 öncəsi meydan oxuyublar

Qarabağ FK
Dünən, 22:24

„Qarabağ“ın rəqibi „Dinamo“ Kiyev Ukrayna çempionatında dramatik qələbə qazanıb

Formula 1
Dünən, 22:13

Corc Rassell nişanlandı

Güləş
Dünən, 21:51

Namiq Abdullayev: “Olimpiya Oyunlarında qazanılan hər bir medal dəyərlidir”

Futbol
Dünən, 21:35

Paolo Maldini İtaliya millisindən niyə ayrılıb

Digər
Dünən, 21:13

Antena Parkında taekvondo şousu keçirildi - FOTO

Digər
Dünən, 20:56

Azərbaycan Kamandan Oxatma Federasiyasının ölkə çempionatının təntənəli finalı

Oxşar xəbərlər