top
Georgi Adamiya: Qarabağın kuboku qazanacağına inanıram - MÜSAHİBƏ Idman.biz
26 aprel 2025, 12:31
- ↺ +

Georgi Adamiya: "Qarabağ"ın kuboku qazanacağına inanıram" - MÜSAHİBƏ

"Neftçi" və "Qarabağ"ın sabiq hücumçusu Georgi Adamiyanın futbolinfo.az saytına müsahibəsi

– "Neftçi" Azərbaycan Kubokunda finala çıxa bilmədi. Bu nəticəni gözləyirdiniz? Cari mövsümü "ağ-qaralar" üçün fiasko adlandırmaq olar?

– Təəssüf ki, cari mövsüm "Neftçi" üçün uğursuz alındı. Komanda kubokun finalına çıxa bilməməklə avrokuboklara vəsiqə qazanmaq şansını da itirdi. "Neftçi"nin sabiq futbolçusu olaraq, bu, mənim üçün çox üzücü haldır.

– Necə düşünürsünüz, baş məşqçi Samir Abasovla növbəti mövsümdə də yola davam edilməlidir, yoxsa onunla əməkdaşlığı dayandırmaq "Neftçi" üçün daha faydalı olar?

– Nəzərə alaq ki, hazırkı heyəti Samir Abasov komplektləşdirməyib. Yeni mövsümöncəsi komandanı Samir özü komplektləşdirəndən sonrakı nəticələri görərək, bu barədə danışmaq, onun qalmalı və ya getməli olduğu haqda fikir yürütmək olar.

– Kubokun finalında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək. Şansları necə dəyərləndirirsiniz?

– "Sabah" yaxşı komandadır. Üstəlik, final bir oyundan ibarətdir. Bu o deməkdir ki, hər şey baş verə bilər. Amma yenə də "Qarabağ"ın kuboku qazanacağını düşünürəm.

– Cari mövsümdə hansı komandanın çıxışı sizi müsbət mənada təəccübləndirdi?

– "Zirə"ni qeyd edərdim. Bu komandanı çox bəyənirəm. Hazırkı "Zirə" yetərincə yaxşı komandadır.

– Hazırda Azərbaycan Premyer Liqasında 4 gürcü futbolçu – Davit Volkov, Giorgi Papunaşvili, Rati Ardazişvili və Giorgi Karaişvili çıxış edir. Onların çıxışını diqqətdə saxlayırsınız? Sizcə, həmyerliləriniz Azərbaycanda özlərini yaxşı tərəfdən göstərə bilirlər?

– Bəli, diqqətdə saxlayıram. Ardazişvili "Kəpəz"in, demək olar ki, bütün oyunlarında iştirak edir. Papunaşvili və Volkov da "Zirə"də çox oyun dəqiqəsi qazanır və özlərini pis göstərmirlər. Karaişviliyə gəlincə, o da yaxşı futbolçudur, ancaq "Sumqayıt"da sözünü hələ tam deyə bilmir. Mən onu yaxşı tanıyıram. Karaişvilinin böyük potensialı var. Buna görə də hazırkından daha yaxşı performans sərgiləməlidir.

– Hazırda Azərbaycan Premyer Liqasında baş məşqçi kimi çalışanların əksəriyyəti ilə vaxtilə komanda yoldaşı olmusunuz. Qurban Qurbanov, Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Elmar Baxşıyev, Vaqif Cavadov və Elvin Məmmədovu nəzərdə tuturuq. Onların məşqçi kimi rəqabətini izləmək sizə maraqlı gəlirmi?

– Düz qeyd etdiniz, onların hər biri ilə vaxtilə komanda yoldaşı olmuşam. Çox şadam ki, futbolda qaldılar. Hər birinə məşqçilik karyerasında uğur arzulayıram. Təbii ki, dostlarımın, sabiq komanda yoldaşlarımın işinə diqqət yetirmək, onlar arasındakı rəqabəti izləmək mənim üçün çox maraqlıdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər