top
Georgi Adamiya: Qarabağ rəqiblərdən asılı olmayaraq layiqli performans sərgiləyəcək - MÜSAHİBƏ Idman.biz
08 oktyabr 2025, 13:49
- ↺ +

Georgi Adamiya: "Qarabağ" rəqiblərdən asılı olmayaraq layiqli performans sərgiləyəcək" - MÜSAHİBƏ

"Qarabağ"ın neçə xal toplayacağını təxmin etmək çox çətindir. Bəli, növbəti rəqiblər daha güclü komandalardır".

Bunu "Qarabağ"ın sabiq hücumçusu Georgi Adamiya futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi hər iki oyunda qələbə qazanaraq Avropaya səs saldı. Sabiq komandanızın uğurlu çıxışı barədə nə deyə bilərsiniz?

- "Qarabağ" son 10-12 il ərzində ölkə çempionatında dominantlıq etməklə yanaşı, avrokuboklarda da uğurlu çıxışı ilə hamının diqqətini özünə çəkir. Bu illər ərzində klub olaraq o qədər təcrübə toplayıblar ki… Bu da "Qarabağ"a Çempionlar Liqasının Liqa mərhələsində iki oyunda 6 xal toplamağa kömək etdi. Həqiqətən də, əla nəticədir.

- Azarkeşlər yay transfer dönəmində "Qarabağ"ın daha bir hücumçu transfer edəcəyini gözləyirdilər, lakin bu baş vermədi. Buna baxmayaraq, Ağdam klubu indiki heyətlə də əla nəticələr göstərməkdədir. Sizcə, "Qarabağ"ın əsas gücü nədədir?

- Əsas gücü ondadır ki, bu komandanın güclü futbolçuları və əla məşqçilər heyəti var. Bundan əlavə, klub rəhbərliyi də bütün məsələlərdə komandaya öz dəstəyini nümayiş etdirir. Bu, kənardan da görünür ki, "Qarabağ" bir məqsəd ətrafında birləşmiş kollektivdən ibarətdir.

- "Qarabağ"ın hazırkı heyətində sizə ən çox kimin oyunu xoş gəlir? Hansı futbolçu və ya futbolçular sizi müsbət mənada təəccübləndirirlər?

Kimisə fərqləndirmək istəməzdim. Amma bəzi oyunçuları qeyd etməmək də olmur. Kevin Medina, Mateus Silva, Kadi Borges və Abdullah Zubir özlərini ən yaxşı tərəfdən göstərirlər. Bir də Marko Yankoviçin oyunu xüsusi olaraq xoşuma gəlir. Ancaq "Kopenhagen"lə matçda zədəli olduğu üçün meydana çıxa bilmədi.

- Çempionlar Liqasında növbəti sınaq "Atletik"ə qarşı olacaq. Necə düşünürsünüz, "Qarabağ" İspaniyada da sürprizə imza ata bilərmi?

Əminəm ki, "Qarabağ" İspaniyada da sonadək mübarizə aparacaq, əlindən gələni edəcək. Bu isə o deməkdir ki, hər şey mümkündür. Qurban Qurbanovun komandası "Atletik"dən də çəkinməyəcək.

- Qarşıda "Qarabağ"ı təkcə "Atletik"lə deyil, "Çelsi", "Liverpul", "Napoli" və "Ayaks" kimi adlı-sanlı komandalarla da matçlar gözləyir. Sizcə, sabiq komandanız Liqa mərhələsində neçə xal toplaya bilər? "Qarabağ"ı Çempionlar Liqasında növbəti mərhələsinə vəsiqə qazanacaq 24 komandanın sırasında görürsünüzmü?

"Qarabağ"ın neçə xal toplayacağını təxmin etmək çox çətindir. Bəli, növbəti rəqiblər daha güclü komandalardır. Ancaq məndə əminlik var ki, "Qarabağ" rəqibdən asılı olmayaraq, sonrakı matçlarda da layiqli performans sərgiləyəcək. Onların növbəti mərhələyə adlayacaq 24 komandanın sırasına düşmək imkanları var.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər