İtaliyanın "Genoa" klubu yeni qapıçı kimi Bentlə müqavilə bağlamağa yaxındır.
İdman.Biz xəbər verir ki, "Genoa" bu keçidlə bağlı "Əl-Nəsr" klubu ilə birbaşa danışıq aparıb və razılaşmanın son detalları yaxın vaxtda həll olunacaq.
Məlumata görə, "Genoa" qapıçı uğrunda mübarizədə İngiltərənin "Vest Hem" klubunu geridə qoyub və Bentlə razılığa daha yaxın tərəfdir.