"Genk"in hücumçusu Tolu Arokodare karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sun" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 24 yaşlı nigeriyalı ilə "Fulhem" maraqlanır. "Mançester Yunayted" və "Milan" da futbolçunun transferində maraqlıdır.
Qeyd edək ki, nigeriyalı ötən mövsüm Belçika təmsilçisinin heyətində 45 oyun keçirib, 23 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.