Türkiyə Superliqası təmsilçisi "Gənclərbirliyi" baş məşqçisi Hüseyn Eroğlu ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Paytaxt kollektivinin mətbuat xidmətinin rəhbəri Aykut Çakmaklı yerli KİV-ə yeni baş məşqçinin Volkan Dəmirəl olacağını bildirib.
Qeyd edık ki, "Gənclərbirliyi" turnir cədvəlində 8 xalla 15-ci sırada qərarlaşıb.