top
Gəncədə də hər yay sular bulanır... Sport24.az
14 avqust 2024, 16:15
- ↺ +

Gəncədə də hər yay sular bulanır...

RƏŞAD QASIMOV

 

Premyer Liqada cəmi 2 tur geridə qalsa da, "Kəpəz" azarkeşləri yenə sosial şəbəkələri "sökürlər". Ölkənin ən köklü klublarından biri olan camiədə aləm bir-birinə dəyib. Bir qism ilk turlarda komandanın məğlubiyyətini səbəb gətirərək Adil Şükürovun istefasını tələb edirsə, bəziləri tələsik addım atmağın əksinə çıxır. Bu məsələdə bitərəf olanlar da var ki, onlar hələ hansı "cəbhə"də olduğunu müəyyənləşdirməyib. Bu yerdə ortaya sual çıxır: kim haqlıdı?

Əslində, futbolda bu sual ritorik məna daşıyır. Bu gün sən tribunadakıların, monitor qarşısında oturanların sevimlisi, qəhrəmanı ola bilərsən. Ancaq ertəsi "xalq düşməni" elan olunacağın da istisna olunmur. Odu ki, futbolda haqq-ədalət axtarmaq, Qrenlandiyada kaktus axtarmağa bənzəyir. Uzağa getməyək, ötən həftə baş tutan "Qarabağ" – "Ludoqorets" oyununu yada salaq. Ağdam təmsilçisi ilk görüşdə məğlub olduğuna görə Qurban Qurbanovu tənqid atəşinə tutanlar, dünən gecədən mövqelərini 180 dərəcə dəyişərək 52 yaşlı mütəxəssisin şəninə tərif söyləməkdən yorulmurlar.

Təxminən eyni aqibəti bu gün Adil Şükürov da yaşayır. 3 ay əvvəl Şükürovu az qala Gəncənin qəhrəmanı kimi qəbul edənlər, yeni mövsümdə geridə qalan 2 turdan sonra Gəncənin düşməni kimi istefaya səsləyir. Niyə, nə üçün? Mən nə Şükürovun, nə də klubda çalışan başqalarının vəkiliyəm. Sadəcə, yaşananlara real baxmağın, baş verənlərə obyektiv qiymət verilməyin tərəfdarıyam.

"Kəpəz" ilk iki turda kimə yenilib? Ölkəmizi avrokuboklarda təmsil edən 2 kluba. "Sumqayıt" "Kəpəz"dən fərqli, toplanışa daha tez başlayıb, heyəti daha erkən komplektləşdirib. "Fehervar"la ilk görüşdə "qırmızı" olmasaydı, "kimyaçılar" bəlkə də bu gün Konfrans Liqasında yoluna davam edirdi. Samir Abasov Macarıstan təmsilçisini təhlil edib, futbolçularını qitəmiqyaslı turnirə hazırlayarkən, Şükürov ötən mövsümlə müqayisədə heyəti 80 faiz dəyişən "Kəpəz"də yerli futbolçuların seleksiyasını keçirirdi ki, yeni kollektiv formalaşdırsın. Legionerlər? Bu gün "sarı-göylər"in formasını geyinən əcnəbilərin əksəriyyəti birinci dəfədi Azərbaycana qədəm qoyur. Yeni ölkə, fərqli mədəniyyət... heç şübhəsiz ki, onlara da uyğunlaşmağa vaxt lazımdı.

 

"Kəpəz"in yenildiyi "Qarabağ"ın səviyyəsinin isə ölkə futbolunun orbitini aşdığı hamıya məlumdu. Heyətləri müqayisə etmək, büdcəyə nəzər salmaq kifayətdi ki, Gəncə klubunun məğlubiyyətini istəməsən də həzm edəsən.

Və ən nəhayət büdcə məsələsi. Yuxarıda qeyd etdiyim kimi, gəncəlilərin heyəti ötən illə müqayisədə dəyişib. Komandanın aparıcı üzvləri daha yüksək məvacib qarşılığında iddialı klublara üz tutublar. Tələbkar gəncəli azarkeşlər isə nədənsə bu məsələni qabartmırlar. Klub rəhbərliyinə sual etmirlər ki, hansı səbəbdən komandanın aparıcı oyunçularını saxlamadılar? Səbəb bəllidi: büdcə artmayıbsa, məvacibin çoxalmasını tələb edən oyunçuları saxlamaq mümkünsüzdü. Birdəfəlik yadda saxlamaq lazımdı ki, "Kəpəz"in problemi məşqçidə ola bilməz. Məşqçi həmin məşqçidi ki, bataqlığa düşən "Kəpəz"i qəbul etdi və inanılmazı reallaşdırdı. Bu cür davranışa reaksiya verməli ilan isə klub rəhbərliyi olmalıdı. Azarkeşlərlə görüşməli və acı reallığı izah etməlidi. Hərdən adama elə gəlir ki, rəsmilər bilərəkdən klub "qaynamayanda" narahat olurlar. Bu yerdə bir atalar məsəlini xatırlatmaq yerinə düşər: "bulanıq suda balıq tutmaq asandı". Gəncədə də hər yay sular bulanır...


P.S Çox maraqlıdı ki, hər il eyni vaxtda Gəncədə oxşar ssenariyə şahidlik edirik. Deyəsən, hadisələr eyni nöqtədən və eyni adamlar tərəfindən idarə olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər