Gəncədə keçirilən futbol turnirində U-8 və U-11 komandaları yarışda iştirak etməkdən imtina ediblər.
Xezerxeber.az-ın məlumatına görə, 40-a yaxın komandanın bu qərara gəlməsinin səbəbi yarış üçün müvafiq şəraitin yaradılmaması və əsasnamədə nəzərdə tutulan təminatın verilməməsidir.
"Soyunub-geyinmə otaqları və istilik sistemi bərbad vəziyyətdədir. İdmançılarımız üçün şərait yaratmalarını istəyirik. Əyinlərini çöldə dəyişdikləri üçün onlara soyuq olur və xəstələnirlər", – deyə müəllimlər vəziyyəti izah etməyə çalışıblar.
Səsləndirilən iddialarla bağlı AFFA-dan bildirilib ki, paltardəyişmə otaqlarındakı bu çətinlik müvəqqətidir:
"2025-ci ildə gənclər müasir, gözəl və tam Avropa standartlarına uyğun stadionla təmin ediləcəklər".
İdman.biz