top
“Gələn ildən yaxşı olacaq” təsəllisi və ya 33-cü finişə 5 qələbə ilə İdman.biz
18 noyabr 2024, 18:00
- ↺ +

“Gələn ildən yaxşı olacaq” təsəllisi və ya 33-cü finişə 5 qələbə ilə

Azərbaycan millisi 2024-cü ilin son matçını keçirəcək.

İdman.biz xəbər verir ki, Fernandu Santuşuin baş məşqçisi olduğu komanda Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçin qonağı olacaq.

C liqasının 1-ci qrupunun autsayderi olan futbol yığmamız bu səfərlə tarixinin 33-cü təqvim ilini başa vuracaq. Əsası 1992-ci ildə qoyulan millinin azarkeşləri 33-cü dəfə "gələn ildən yaxşı olacaq" təsəllisi, ümidi ilə "2024"ü yola salacaq.

Amma hələ də irəliləyişə nail olmayan, sadəcə "bir addım irəli, iki addım geri" və ya əksinə hərəkət edən yığma 2025-ci il üçün də hələlik ümidlər vermir. İndi də millimiz ilin son qarşılaşmasına çıxır. Təbii ki, "bir güllə bahar olmaz" ifadəsindəki kimi bir matçla gələn il barədə fikir yürütmək mümkün deyil. Lakin istənilən halda, ilin sonunda "qapını çırpmaq" və ya "qapının arasında qalmaq" qarşıya nikbin, yoxsa bədbin baxmağa təsir edir.

İdman.biz də millimizin əvvəlki təqvim illərindəki son oyunlarını nəzərdən keçirib. Düzdür, 1992-ci ildəki yeganə qarşılaşma həm ilk, həm də sonuncu olub.

Komandamız son 8 ildə yalnız bir dəfə son matçda qalib gəlib. Bu, 2022-ci ildə Şimali Makedoniya ilə yoldaşlıq oyununda baş verib. Yeri gəlmişkən, bu müddətdə 2 heç-heçə və 5 məğlubiyyəti olan milli 4 dəfə böyük hesabla uduzub. Son üç ilin finişi isə məhsuldar alınıb. Hər dəfə ən azı 4 qol vurulub.

Əvvəlki illərdən yalnız beşində son oyun yığmamızın qələbəsi ilə başa çatıb. Bunların da üçündə 1, ikisində 2 top fərqinə sevinmişik. Millimiz ümumilikdə 13 dəfə ilə məğlubiyyətsiz vida edib. Bu, 8 heç-heçə sayəsində mümkün olub.

Digər 19 finiş isə məğlubiyyətlə əlamətdar olub. Bunların doqquzu böyükhesablı nəticə ilə bitib.

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan - 6:3
8 iyun 1993. Tehran. BT. Azərbaycan – Qazaxıstan U-21 - 3:3
13 dekabr 1994. Trabzon. AÇ. Azərbaycan – Fransa - 0:2
15 noyabr 1995. Trabzon. AÇ. Azərbaycan – Polşa - 0:0
10 noyabr 1996. Bakı. DÇ. Azərbaycan – Macarıstan - 0:3
11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan - 5:0
28 noyabr 1998. Gəncə. YO. Azərbaycan – Estoniya - 2:1
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya - 0:1
11 oktyabr 2000. Bakı. DÇ. Azərbaycan – Türkiyə - 0:1
7 oktyabr 2001. Stokholm. DÇ. İsveç – Azərbaycan - 3:0
20 noyabr 2002. Bakı. AÇ. Azərbaycan – Uels - 0:2
20 dekabr 2003. Ər-Riyad. YO. Səudiyyə Ərəbistanı – Azərbaycan - 1:0
17 noyabr 2004. Bakı. YO. Azərbaycan – Bolqarıstan - 0:0
12 oktyabr 2005. Kardiff. DÇ. Uels – Azərbaycan - 2:0
11 oktyabr 2006. Brüssel. AÇ. Belçika – Azərbaycan - 3:0
21 noyabr 2007. Bakı. AÇ. Azərbaycan – Belçika - 0:1
19 noyabr 2008. Bakı. YO. Azərbaycan - Albaniya - 1:1
18 noyabr 2009. Əl-Ayn. BT. Azərbaycan - Çexiya - 2:0
17 noyabr 2010. Podqoritsa. YO. Çernoqoriya - Azərbaycan - 2:0
11 noyabr 2011. Tirana. YO. Albaniya - Azərbaycan - 0:1
14 noyabr 2012. Belfast. DÇ. Şimali İrlandiya - Azərbaycan - 1:1
19 noyabr 2013. Bişkek. YO. Qırğızıstan - Azərbaycan - 0:0
16 noyabr 2014. Bakı. AÇ. Azərbaycan - Norveç - 0:1
17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova - 2:1
11 noyabr 2016. Belfast. DÇ. Şimali İrlandiya – Azərbaycan - 4:0
8 oktyabr 2017. Kayzerslautern. DÇ. Almaniya - Azərbaycan - 5:1
20 noyabr 2018. Priştina. UML. Kosovo - Azərbaycan - 4:0
19 noyabr 2019. Trnava. AÇ. Slovakiya - Azərbaycan - 2:0
17 noyabr 2020. Lüksemburq. UML. Lüksemburq - Azərbaycan - 0:0
14 noyabr 2021. Bakı. YO. Azərbaycan – Qətər - 2:2
20 noyabr 2022. Skopye. YO. Şim. Makedoniya - Azərbaycan - 1:3
19 noyabr 2023. Brüssel. AÇ. Belçika - Azərbaycan - 5:0

DÇ – dünya çempionatının seçmə mərhələsi, AÇ – Avropa çempionatının seçmə mərhələsi, UML – UEFA Millətlər Liqası, BT – beynəlxalq turnir, YO – yoldaşlıq oyunu

Vüqar Xeyrullayav
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Oxşar xəbərlər