top
Füzuli Məmmədovdan yeni mövsüm proqnozları: Çempionluğa namizədlər, favorit komandalar və liqada qalmaq mübarizəsi Idman.biz
15 avqust 2025, 10:39
- ↺ +

Füzuli Məmmədovdan yeni mövsüm proqnozları: Çempionluğa namizədlər, favorit komandalar və liqada qalmaq mübarizəsi

"Yeni mövsümdən legioner limitinin ləğvi çempionatda ciddi rol oynayacaq. Uğur qazanmaq yalnız düzgün transferlərlə mümkün olacaq. Keyfiyyətli oyunçular alan komandalar daha yaxşı nəticə göstərəcək. Bu səbəbdən qarşıdakı mövsümün çox çətin keçəcəyini düşünürəm".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Neftçi"nin və Azərbaycanın U-18 millisinin sabiq baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasında bu gün start götürəcək 2025-2026-cı illər mövsümü ilə bağlı danışarkən deyib.

Mütəxəssis çempionluq və avrokuboklar uğrunda mübarizədə favorit hesab etdiyi komandaların adlarını sadalayıb: "Komandalarımızın yoxlama görüşlərində və avrokuboklarda keçirdikləri oyunları izləyirəm. Fikrimcə, çempionluğa əsas namizədlər "Qarabağ" və "Sabah"dır. Lakin transferlərə nəzər yetirsək, "Neftçi"nin də adını çəkmək olar. Bununla yanaşı, "Zirə" və "Turan Tovuz"un da iddialı olduğunu qeyd etmək lazımdır. Avrokuboklara vəsiqə uğrunda isə "Araz-Naxçıvan", "Zirə" və "Turan Tovuz" klubları mübarizə aparacaqlar. Bu komandalar, eləcə də "Şamaxı" mövsümün sonunda ilk "altılıq"da yer ala bilər. "Şamaxı"nın maliyyə imkanları məhdud olsa da, baş məşqçi işi buna imkan yaradacaq".

Təcrübəli mütəxəssis "Kəpəz", "Qəbələ", "İmişli", "Karvan -Yevlax" və "Sumqayıt"ın isə əsasən liqada qalmaq uğrunda mübarizə aparacağını vurğulayıb: "Bu komandaların yeni mövsümə hazırlıq məqsədilə keçirdiyi qarşılaşmaları izləmək imkanım oldu. Müşahidələrimə əsasən, "Sumqayıt" və "Şamaxı"nın digərlərindən müsbət mənada fərqləndiyini deyə bilərəm. Sumqayıt təmsilçisi mövsümün sürpriz komandalarından biri ola bilər. "Qəbələ"də baş məşqçinin işi təqdirəlayiqdir, amma uğurlu çıxış üçün bəzi mövqelərə mütləq transferlər lazımdır. Əks halda, istənilən nəticəni əldə etmək çətin olacaq. I Liqaya düşəcək komandaları indidən demək çətindir. Çempionat davam etdikcə və oyunlar artdıqca, daha dəqiq fikir yürütmək mümkün olacaq".

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:42

“Ronaldu komandanı da, məni də yarı yolda qoydu”: Ten Haq “Mançester Yunayted”in sirlərini açıqladı

Digər
Bu gün, 15:40

Ruslar özbəkləri seçdi

Qarabağ FK
Bu gün, 15:27

“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

Digər
Bu gün, 15:11

Voleybol üzrə Azərbaycan çempionu “Turan” “Mladost”a qarşı: Tovuz klubu Avropada sözünü deyə biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 15:00

Luis Enrike: Barcelona dünyanın ən yaxşı komandalarındandır, ideal komanda yoxdur

Futbol
Bu gün, 14:57

Vitinya: "Barçelonanın inanılmaz yarımmüdafiə xətti var, maraqlı taktiki mübarizə gözləyirik"

Güləş
Bu gün, 14:54

Qazaxıstanda keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti müəyyən olunub

Futbol
Bu gün, 14:42

"Neftçi"nin üzvlüyündə məşbufa - gənc futbolçu Şəhid qardaşına həstırlanıb kərış

Futbol
Bu gün, 14:40

Mançester City ciddi itki ilə üzləşib – Semenyo yaralandı

Futbol
Bu gün, 14:32

Sergen Yalçın Türkiyə milli komandasının baş məşqçisi təyin edildiyini açıqladı

Olimpiada
Bu gün, 14:12

Azərbaycanın birincisi tramplindən xizəklə tullanma idmançısı: Qorxunu yenib, fərqli reaksiya verir

Futbol
Bu gün, 14:00

İlkin Qırtımov Qəbələdə məşqçi vəzifəsini qəbul etdi

Futbol
Bu gün, 13:57

DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir

Futbol
Bu gün, 13:42

Neftçi Breno Almeyda transferi ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 13:40

Arsenal Deklan Raysa yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 13:37

Ronaldo cəzasının yüngülləşdirilməsini tələb etdi

Futbol
Bu gün, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib;

Basketbol
Bu gün, 13:28

Baş məşqçi Natali Nakase oyunçulara atəş və partlayış səsləri ilə motivasiya verir

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Futbol
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Hadisə şişirdilib, heç kimə fiziki zor tətbiq etməmişəm”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Oxşar xəbərlər