"Komanda sayı artandan sonra istər-istəməz oyunçu çatışmazlığı yaranacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Füzuli Məmmədov deyib.
Premyer Liqada legioner limitinin ləğvinə münasibət bildirən mütəxəssis bunun azərbaycanlı futbolçuların karyerasına mənfi təsir edəcəyini bildirib:
"Legioner limitinin ləğvi azərbaycanlı futbolçuların ziyanına olacaq. Ümid edirəm ki, daha keyfiyyətli legionerlər gəlib, yerli futbolçuların səviyyəsinin yüksəlməsinə yardımçı olacaqlar. Bəzi qaydaların təsiri olacaq. Tövsiyəm odur ki, üzərlərində daha çox çalışsınlar həm də xarici çempionatda özlərini sınasınlar".