top
Füzuli Məmmədov: Bu barədə heç nə deyə bilməyəcəyəm - MÜSAHİBƏ Sport24.az
16 mart 2025, 11:15
- ↺ +

Füzuli Məmmədov: "Bu barədə heç nə deyə bilməyəcəyəm" - MÜSAHİBƏ

"Mingəçevir" komandasının baş məşqçisi Füzuli Məmmədovun Sport24.az-a müsahibə verib.

- I Liqanın sonuncu turunda MOİK-ə qalib gəldiniz. Oyunla bağlı fikirlərinizi bölüşərdiz...
- Matç çox gərgin keçdi. Belə olacağını da bilirdik. Çünki rəqib keyfiyyətli futbolçulardan təşkil olunmuş komandadır. Çox güclü heyətləri var. Yaxşı oyun sərgiləyirlər. Onların göstərdikləri oyun digərlərinin oyunlarından fərqlənir. MOİK-i analiz edəndə rəqib haqqında oyunçularımıza çoxlu məlumat vermişdik.


- Qarşılaşmanın sonlarında vurduğunuz qolla qalib gəldiniz...
- Həqiqətən çətin olacağını başa düşürdük. Oyuna da ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən hesabı açmaq istəyirdik. Qol epizodları da olmuşdu. Sadəcə, bəzən rəqib müdafiəçilər yaxşı oynadılar, bəzən isə futbolçularım ələ düşəb şansı qaçırdılar. Havanı da nəzərə almalıyıq. Çox isti idi. Bu, hər iki tərəfə çətinlik yaradırdı. Buna baxmayaraq meydanda əzmkarlıq göstərdik. İkinci hissədə yenə qol epizodları yaratdıq və bunlardan birində fərqlənı bildik. Qalib gəldiyimiz üçün çox şadıq. Bizim üçün önəmli üç xal idi. Futbolçularımı təbrik edirəm. Ürəklərini meydanda qoydular. Hər birinə minnətdaram. Həmişə yanımızda olan azarkeşlərə də təşəkkür edirəm. Hər oyunda qələbə qazanaraq onları sevindirmək istəyirik.


- "Mingəçevir" ardıcıl qələbələr əldə edir. Bu, motivasiyanızı daha da artırırmı?
- Əlbəttə. Belə olanda futbolçularda özünə inam da artır. Gənc heyətimiz var. Oyundan-oyuna təcrübə toplayırlar, daha yaxşı çıxış edirlər. Vaxt keçdikcə tələblərimizi daha yaxşı mənimsəyirlər. Gənc olduqları üçün oyundan-oyuna inkişaf edirlər. Dəyərləri artıq. Bu da bizə motivasiya verir.


- Bu nəticədən sonra "Mingəçevir" yuxarı pillələrə yaxınlaşır. İddianızı daha da artıra bilərsiniz?
- Bu il məqsədimiz komandamızın liqada qalması idi. "Mingəçevir" çox çətin durumda idi. 12 oyundan sonra cəmi 6 xalı var idi. Yeni heyət quruldu. Belə olanda hər hansı iş ortaya qoymaq üçün zaman lazımdır. Amma bizim vaxtımız yox idi. Həqiqətən çox çətin idi. Hazırda da hər şeyi çətinliklə edirik. Bu işdə bizə dəstək olan rəhbərliyə sağ ol deyirik. Futbolçulara təşəkkür edirik ki, çətin olsa da, əllərindən gələni etməyə çalışırlar. Hər matça qələbə üçün çıxırıq. Maksimun qalibiyyət əldə edib daha yuxarı pillələrdə olmaq istəyirik.


- Çətin olsa da, üçüncü yeri tutmağı düşünürsünüzmü? Üçüncü pillədəki "İmişli" ilə xal fərqi 11-ə düşüb.
- Bu il məqsədimiz liqada qalmaqdır. Maksimum çalışırıq ki, yuxarı pillələrə yüksələk. Rəqibin kimliyindən, səfərdə və ya evdə oynadığımızdan asılı olmayaraq hər matça qalibiyyət üçün çıxırıq. Komandanı qələbəyə motivasiya edirik.


- Bəs "Mingəçevir" Premyer Liqaya lisenziya üçün müraciət edəcəkmi?
- Bu haqda məlumatım yoxdur. Rəhbərlikdən asılı olan məsələlərdir. Bu barədə heç nə deyə bilməyəcəyəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Oxşar xəbərlər