top
Füzuli Məmmədov: Qarabağı Atletikə uduzduğuna görə qınamaq absurddur Idman.biz
23 oktyabr 2025, 14:22
- ↺ +

Füzuli Məmmədov: "Qarabağ"ı "Atletik"ə uduzduğuna görə qınamaq absurddur

"Atletik"in sürətli, yüksək tempi saxlamağı bacaran, ikinci və üçüncü zonada pressinq edən komanda olduğunu matçdan öncə də vurğulamışdım".

Bunu Fanat.Az-a açıqlamasında tanınmış futbol mütəxəssisi, "Neftçi"nin və 17 yaşadək Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.

O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində baş tutan "Atletik" - "Qarabağ" matçını (3:1) dəyərləndirib:

"İspaniya komandası oyuna 4-2-3-1 düzümü ilə başlamışdı. Komandamız ilk dəqiqədə yaxaladığı fürsətdən əla faydalanaraq hesabı açdı. Qoldan sonra gözlənildiyi kimi, dominant futbol sərgiləyən meydan sahibləri təmsilçimizi birinci zonaya sıxışdırdılar. Rəqib topu sağa-sola gəzdirir, hər iki "qanad"dan, xüsusilə Niko Uilyamsın yer aldığı sol cinahdan təhlükəli hücumlar qurur, ən kiçik boşluqdan ustalıqla faydalanırdı. "Atletik"in texnikalı futbolçuları çox dar ərazidə belə, topla əla rəftar edir, müdafiə xəttimizi təzyiq altında saxlayırdılar.

Onlar hesabı bərabərləşdirənə qədər də bir neçə real fürsət yaxalamışdılar. Əks-hücumlar qurmağımıza dərhal pressinq tətbiq edərək imkan vermirdilər. İkinci hissədə də eyni ssenari izlədik. La Liqa komandasının yüksək tempi saxlaması bəzi futbolçularımızın yorulması ilə nəticələndi ki, bu da təbii haldır. Onlar La Liqada çıxdıqları hər oyunda belə temp görürlərsə, "Qarabağ" yalnız Avropa səhnəsində bu cür matçlara çıxır. Təxminən 70-ci dəqiqədə "Atletik"in baş məşqçisi Ernesto Valverde düzümü dəyişərək 4-4-2-yə keçdi.

"Basklar"ın ifasında yenə kəsərli həmlələr, ara ötürmələri izlədik. Əzmkarlıqla müdafiə olunan komandamızı məğlubiyyətə görə qınamaq absurddur. Rəqib ikinci qolu vurandan sonra "Qarabağ" riskli oynamağa başladı. Hiss olunurdu ki, Azərbaycan təmsilçisi yenilgi ilə barışmaq niyyətində deyil. Təəssüf ki, müdafiədəki riskli oyunumuz üçüncü qolu buraxmağımızla nəticələndi. Futbolda həmişə qalib gəlmək anlayışı yoxdur. Bu yenilginin dünyanın sonu kimi qəbul etmək olmaz. "Qarabağ"a Çempionlar Liqasındakı növbəti oyunlarda uğurlar arzulayıram və inanıram ki, komandamız qarşıdakı matçlarda uğur qazana bilər".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
10 oktyabr 2026, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
10 oktyabr 2026, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
10 oktyabr 2026, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
10 oktyabr 2026, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
10 oktyabr 2026, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
10 oktyabr 2026, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
10 oktyabr 2026, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
10 oktyabr 2026, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
10 oktyabr 2026, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
10 oktyabr 2026, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
10 oktyabr 2026, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
10 oktyabr 2026, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
10 oktyabr 2026, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
10 oktyabr 2026, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Oxşar xəbərlər