top
Füzuli Məmmədov: Qarabağ Neapolda Bakıdakı kimi oynadı, Medina zədəsi dönüş nöqtəsi oldu Idman.biz
26 noyabr 2025, 14:21
- ↺ +

Füzuli Məmmədov: "Qarabağ" Neapolda Bakıdakı kimi oynadı, Medina zədəsi dönüş nöqtəsi oldu

"Qarabağ" Neapolda möhtəşəm oyun nümayiş etdirdi. Lakin futbolçular bəzi qol imkanlarından yararlana bilmədilər".

Bu sözləri "Neftçi" və "Mingəçevir"in sabiq baş məşqçisi Füzuli Məmmədov "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada "Napoli"yə 0:2 hesabı ilə məğlub olduğu V tur matçı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Neapol təmsilçisi kifayət qədər keyfiyyətli və balanslı komandadır: "Bu komanda son İtaliya çempionudur. Heyətində yer alan futbolçuların səviyyəsi, oyun keyfiyyəti hər kəsə məlumdur. Dinamik, intensiv pressinq tətbiq edən, taktiki baxımdan düzgün oynayan möhkəm kollektivdir. "Napoli"nin baş məşqçisi Antonio Konte də dünya futbolunda tanınan mütəxəssisdir və özünəməxsus oyun fəlsəfəsinə malikdir. Buna baxmayaraq, "Qarabağ" ilk hissədə əla təsir bağışladı. Rəqibi çox yaxşı analiz etmişdilər, meydan sahiblərinin rahat oynamasına imkan vermirdilər. Meydançanın bütün zonalarında pressinq tətbiq edir, topa nəzarət edərək yaxşı hücumlar qururdular. Hətta ilk hissədə elə təəssürat yaranmışdı ki, sanki oyun Neapolda yox, Bakıda keçirilir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Mütəxəssis "Qarabağ"ın müdafiəçisi Kevin Medinanın zədələnərək meydanı tərk etməsini qarşılaşmanın "qırılma nöqtəsi" adlandırıb: "İkinci yarıda komandada yorğunluq hiss olunurdu. Bu da bəzi xırda səhvlərə səbəb oldu və rəqib bundan istifadə etdi. Matçda "Qarabağ"a ən çox təsir edən məqam Kevin Medinanın zədələnməsi oldu. Onun Bəhlul Mustafazadə ilə müdafiədə oyunu çox yaxşı alınırdı. İlk hissədə İtaliya təmsilçisinin demək olar ki, real qol epizodu yox idi və bunda Medinanın böyük rolu var idi. Onun zədədən sonra meydanı tərk etməsi komanda üzvlərinə psixoloji cəhətdən mənfi təsir göstərdi".

F. Məmmədov məğlubiyyətin səbəblərindən biri kimi "Qarabağ"ın ələ düşən qol fürsətlərindən yararlana bilməməsini göstərib: "Emmanuel Addai və Nəriman Axundzadənin qol imkanları oldu. Təəssüf ki, yararlana bilmədilər. Buna baxmayaraq, "Qarabağ" meydanda möhtəşəm oyun nümayiş etdirdi. Qarşıda bizi daha üç görüş gözləyir. Bu matçlarda da layiqli çıxış edəcəklərinə inanıram".

Qeyd edək ki, "Qarabağ" hazırda 7 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Ağdam klubu Çempionlar Liqasında növbəti görüşünü dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Oxşar xəbərlər