top
Füzuli Məmmədov: Futbolçuların fiziki durumunda çatışmazlıqlar var Sport24.az
07 dekabr 2025, 16:51
- ↺ +

Füzuli Məmmədov: Futbolçuların fiziki durumunda çatışmazlıqlar var

"Oyuna çox ciddi hazırlaşmışdıq. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bərpa məşqləri ilə bərabər, taktiki məşqlər etdik. Onlar da azdır. Ən azından rəqibi təhlil etmişdik. Bilirdik ki, necə oynayacaqlar. Futbolçulara bu haqda məlumat vermişdik. İstəyirdik ki, uduzmayaq. Təəssüf ki, səhvlərimizə görə uduzduq. Amma heç ruhdan düşmürəm. Əminəm və inanıram ki, komandamız daha da yaxşı oynayacaq. Qarşıda daha 2 oyunumuz var və ondan sonra fasilə olacaq. Hər iki görüşə də maksimum hazırlaşacağıq. Əminəm ki, daha yaxşı komanda olacağıq. Bunun öhdəsindən yalnız iş və məşqlə gələ bilərik. Futbolçuların əzmkarlığı, inamı sayəsində uğur qazanacağıq".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 14-cü turunun "Şamaxı" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- Hər məğlubiyyətdən sonra baş məşqçiləri dəyişmək taktikası nə dərəcədə doğrudur? 

- Bu haqda çox şey deyə bilmərəm. Əlbəttə ki, klub rəhbərlərinin qərarıdır. Məşqçi olaraq, özümə və komandama inanıram. İnanıram ki, qarşıdakı oyunlarda daha uğurlu olacağıq.

 

- "Karvan-Yevlax" "Qarabağ"a evdə də 0:2 uduzmuşdu, səfərdə də 0:2 uduzdu. "Şamaxı" ilə görüşlərdə də eyni hesablar oldu. "Karvan-Yevlax"ın oyununda inkişaf hiss edirsiz?

- Bir məşqçi üçün hazırlıq zamanına vaxt olanda, o məşqçi daha yaxşı hazırlaşır. "Qarabağ"la oyuna yaxşı hazırlaşa bilməmişdik. Zamanımız olmadı. Kubok matçımız var idi. İndiki oyun üçün də futbolçuya heç bir yükləmə verə bilmirsən. Futbolçuların fiziki durumunda çatışmazlıqlar var. Çalışacağıq ki, onu aradan qaldıraq.

 

- Bu heyət "Qəbələ" və "Kəpəz"i üstələyə bilər?

- Futbolçularıma çox inanıram. Məşqlərdə çox istəklidirlər. Uduzmuşuq, onlar çox üzülüblər. Yalnız işləmək və məşq etməklə öhdəsindən gəlmək olar.

 

- Matç bitəndən sonra yerli azarkeşlər futbolçularınızı fitə basdılar, siz isə onlara "səbirli olun, düzələcək" dediniz. Nəyə ümid edirsiz?

- Azarkeşlər haqlıdırlar, bizdən qələbə gözləyirlər. Hamısını yaxşı başa düşürəm. Onların dəstəyi çox önəmlidir. Əminəm ki, bu işin öhdəsindən gələcəyik, onları sevindirəcəyik. İstəməzdik ki, evdə bu hesabla uduzaq. Azarkeşlər qələbə gözləyir. Çox istəyirdik ki, qalib gələrək onları sevindirək.

 

- "Mingəçevir"də işlədiyiniz zaman komandanın 70 faizini dəyişdiniz və az da olsa, uğur əldə etdiniz. "Karvan-Yevlax" sizə o şəraiti yaradacaq?

- Hazırda heç bir dəyişiklik edə bilmirik. Əlimizdə nə heyət varsa, onunla davam etməliyik. Taktiki və fiziki baxımdan yüksəliş olmalıdır. O ki qaldı, qışdan sonraya, əlbəttə güclənməliyik. Rəhbərliklə danışacağıq.

 

- Hazırda komandanın baş məşqçisi rəsmi olaraq Azər Haşımovdur. Komandanın baş məşqçisi ola-ola bu posta gəlməyiniz haqda fikriniz necədir?

- Daha çox konsentrasiya olmuşam oyunlara. Əminəm ki, tezliklə hər şey yoluna düşəcək.

 

- Əsas rəqiblərinizdən biri "Kəpəz"dir. Yevlax stadionu isə onlara da icarəyə verilib. Sizcə, bu etik cəhətdən doğrudur? Bu barədə rəhbərliklə danışıb, etiraz etdiniz?

- Bu mənə qədər verilmiş qərardır. Nəsə deyə bilmirəm. Ola bilsin ki, yanvarda rəhbərliklə bu haqda danışaq.

 

- Sizə elə gəlmir ki, futbolçularınızın texniki imkanları çox aşağıdır? Bir neçəsini çıxmaq şərtilə, digərlərinin Premyer Liqada oynamaq səviyyəsində deyil...

- Xeyr. Ola bilər ki, siz belə görürsüz. Rəqibin də təzyiqi buna çox təsir edir. İnanın ki, futbolçularda özünəinam artsa, ötürmələr, açılmalar daha yaxşı səviyyədə olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Oxşar xəbərlər