top
Füzuli Məmmədov: Bu gün rəqibə keyfiyyət baxımından uduzduq Sport24.az
21 fevral 2026, 18:06
- ↺ +

Füzuli Məmmədov: "Bu gün rəqibə keyfiyyət baxımından uduzduq"

"Karvan-Yevlax" Misli Premyer Liqasının 21-ci turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Ağır məğlubiyyət oldu. Oyuna çox yaxşı başlamışdıq. Birinci hissədə bir neçə qol epizodu yaratdıq. Amma qalib gəlmək üçün bu fürsətləri dəyərləndirmək lazımdır. "Araz-Naxçıvan" keyfiyyət baxımından bizi üstələdi. Əllərinə düşən bir imkandan istifadə etdilər. İkinci yarıda oyunu çevirmək istəyirdik. Penaltidən sonra çətin oldu. Əvəzetmələrlə oyunu gücləndirmək istədik. Keyfiyyət amili baxımından rəqibə məğlub olduq.

 

- İkinci hissədə keyfiyyət amilini əzmkarlıqla sığortalamaq olardı?

- İkinci hissədə daha gümrah futbolçuları meydana buraxdıq, sistemdə dəyişiklik etdik. Bununla hücum xəttində say artdı. Qalib gəlmək üçün qol vurmaq lazımdır. Epizodları yaradırıq. Amma son vuruşlarda keyfiyyət önəmlidir. Futbolçular əzmkarlıq göstərdilər. Amma bu, azdır.

 

- Sizin rəhbərliyiniz altında"Karvan-Yevlax" qələbə qazana bilməyib...

- Çox çalışırıq. Bu oyuna da qələbə üçün çıxmışdıq. Rəqibə pressinq tətbiq edirdik. Bunun üçün güc lazımdır. Pressinqlə yaxşı qol epizodları yaratdıq. Bunları vurmaq lazımdır.

 

- 35-ci dəqiqədən sonra komandada düşüş hiss olundu. Fiziki durum qaydasındadır?

- Sizinlə razı deyiləm. Komanda birinci hissədə pressinq tətbiq elədi. Ola bilər ki, futbolçular situasiyaya uyğun olaraq arxadan əks-hücuma çıxıblar. Fiziki və taktiki cəhətdən məğlub olmadıq. Biz bu gün rəqibə keyfiyyət baxımından uduzduq.

 

- Komandanı Premyer Liqada saxlamağa gücünüz çatacaq?

- Çox çalışıram. Sona qədər də çalışacam. İlk gündə neçə başlamışdımsa, elə də davam etdirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Oxşar xəbərlər