top
Füzuli Məmmədov: Ayxan Abbasovun gəlişindən sonra millidə dəyişiklik hiss olunur - MÜSAHİBƏ Idman.biz
13 noyabr 2025, 17:54
- ↺ +

Füzuli Məmmədov: Ayxan Abbasovun gəlişindən sonra millidə dəyişiklik hiss olunur - MÜSAHİBƏ

"Tam səmimi deyim, üçü də millimiz üçün çox önəmli oyunçulardır. İstər-istəməz təsiri olacaq".

Bunu Azərbaycan milli komandasının sabiq futbolçusu Füzuli Məmmədov sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan milli komandası İslandiya ilə qarşılaşacaq. Bu tsiklə 0:5 uduzduğumuz rəqiblə Bakıdakı görüşdən nə gözləyirsiz?

- Milli komandamız Reykyavikdə acınacaqlı məğlubiyyət almışdı. Bu matç rəqib üçün çox önəmlidir. Çünki mütləq qalib gəlməlidir ki, Ukrayna ilə görüşdə şansları olsun və o matça final oyunu kimi çıxsınlar. Ayxan Abbasovun gəlişindən sonrakı oyunları nəzərə alsaq, millimizdə əməlli-başlı yüksəliş var. Yüksəliş nədir, deyim. Plan, sxem, futbolçuların əzmkarlığı, meydanda döyüşkənliyi. Bu da ümid verir ki, millimizin uğurlu çıxışına inanım. Ümid edirəm ki,doğma azarkeşlər önündə millimiz uğurlu çıxış edəcək, islandlara uduzmayacaq. İlk dəqiqələrdə kobud səhvlər olmasa, rəqib qol vura bilməsə, millimiz islandları əks-hücumlarda tutub, cəzalandıra, hətta qalib gələ bilər.

- Şahruddin Məhəmmədəliyev, Mahir Emreli, Elvin Cəfərquliyev olmayacaq. Millinin hazırkı heyəti haqda hansı fikirdəsiz? Onların yoxluğu təsir edə bilər?

- Tam səmimi deyim, üçü də millimiz üçün çox önəmli oyunçulardır. İstər-istəməz təsiri olacaq. Çünki təcrübəli oyunçulardır. Onların olmaması bizi məyus edir. Ayxan müəllimin mətbuat konfransında dediklərini də oxudum. Dedi ki, bu, istər-istəməz bir balaca problem yaradacaq. Amma artıq azərbaycanlı futbolçular haqda çox məlumatlı məşqçidir. Düşünürəm ki, çalışacaq bunların öhdəsindən gəlsin. Son matçlarda Səlahət Ağayevin da performansı göstərir ki, yaxşı durumdadır. Ayxan müəllim çatışmazlığı aradan qaldırmağı bacaracaq.

- Milli komandaya yeni dəvət edilən Rüfət Abdullazadənin İslandiya və ya Fransa görüşündə şans veriləcəyini düşünürsüz? Elə Mahir Emrelinin mövqeyindədir...

- Əgər Ayxan müəllim onu milliyə dəvət edibsə, demək ki, futbolçu yaxşı formadadır. Mahir Emreli də, Musa Qurbanlı da yoxdur. Milliyə dəvət olunubsa, demək ki, hər bir futbolçunun oynamaq şansı var. Rüfət yaxşı futbolçudur, bəyəndiyim oyunçulardandır. Hər dəqiqə hazır olmalıdır. Şans verilərsə, öz performansı ilə komandasına dəstək olmalıdır.

- Ayxan Abbasovun rəhbərliyi altında geridə qalan 3 görüşdə milli komandamızın oyununda və ya hansısa detallarda proqress olduğunu düşünürsüz? İslandiya və Fransa görüşlərindən ümumilikdə neçə xal və ya ümumiyyətlə, xal götürməyimiz realdırmı?

- Ayxan müəllimin gəlişindən sonra milli komandada dəyişiklik hiss olunur. O, komandanın gücünü düzgün bölür. Rəqibləri təhlil etdikdən sonra oyun planı seçir və o plana uyğun da futbolçular meydanda performana göstərir. Oyunçular indi meydanda daha istəkli, daha döyüşkəndilər. Hər top uğrunda mübarizə aparırlar. Bu da azərbaycanlı məşqçinin azərbaycanlı futbolçulara yanaşması, onları daha yaxşı tanımasından irəli gələn keyfiyyətdir. Əlbəttə ki, dəyişiklik aşkar hiss olubur. Ümid edirəm ki, komandamız bu oyunda qalib gələcək.

- Yəqin ki, Ayxan Abbasovun rəhbərliyi altında millinin qarşısına qoyulacaq əsas hədəf Millətlər Liqasında D divizionundan C divizionuna çıxarmaq olacaq? Hazırkı heyət bunu etməyə yetərlidir?

- Tam səmimi deyim ki, Ayxan müəllimin qarşısına hansı hədəfin qoyulması ilə bağlı məlumatım yoxdur. Amma ümid edirəm ki, qarşıdakı matçlarda millimiz daha yaxşı oyunlar sərgiləyəcək. Millimizə uğurlar arzulayıram.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Dünən, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Futbol
Dünən, 21:38

Zaur Həşimov: Komanda artıq qalibiyyət ümidini bərpa edir

Qarabağ FK
Dünən, 21:25

“Qarabağ” FK ev oyunlarını yenidən Azersun Arena'da keçirəcək

Futbol
Dünən, 20:59

“Fənərbağça”nın yeni baş məşqçisi “Milan”ın sabiq sürücüsü Serjiu Konseysau olacaq

Güləş
Dünən, 20:57

Meryem Cavadova finala yetişə bilmədi, Azərbaycan yalnız bir medal qazanıb

Futbol
Dünən, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Dünən, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Dünən, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Dünən, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Oxşar xəbərlər