top
Futbolun yaradıcıları ilə 7-ci duel İdman.biz
24 sentyabr 2024, 12:05
- ↺ +

Futbolun yaradıcıları ilə 7-ci duel

Bu həftə Avropa Liqasının Liqa mərhələsi start götürəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" yeni formatlı turnirdəki ilk matçını İngiltərədə keçirəcək.

Futbolun vətənində baş tutacaq qarşılaşmada rəqib "Tottenhem" olacaq. Londondakı görüş Azərbaycan klublarının futbolun yaradıcıları ilə avrokuboklardakı 7-ci dueli olacaq.

Riçardın qolu ilə başlayan mübarizə

İki ölkə təmsilçilərinin ilk dueli 2015/16 mövsümünə təsadüf edib. Avropa Liqasının qrupunda indiki rəqiblər – "Qarabağ"la "Tottenhem"in yolları kəsişib. 2015-ci il sentyabrın 17-də Londondakı ilk qarşılaşmada hesabı Riçard Almeyda açıb. Milliləşən braziliyalı İngiltərə klublarına vurulan yeganə qolun müəllifi kimi tarixə düşüb. Onun penaltidən vurduğu qol isə xal üçün yetərli olmayıb. Üç qol vuran londonlular əzmkar qələbəyə seviniblər – 3:1. Toplardan ikisinə indi də "Tottenhem"in əsas oyunçusu olan Son Xın Min vurub. İki ay sonra noyabrın 26-da Bakıya səfər edən "Tottenhem" həmin görüşdə üç xalı bir qolla qazanıb.

İki oyunda 10 qol

İki il sonra Azərbaycan və İngiltərə klubları yenə eyni qrupda yer alıblar. Bu dəfə duellər Çempionlar Liqasında baş tutub. "Qarabağ" Londonun digər klubu "Çelsi" ilə iki dəfə görüşüb. "Zadəganlar" "Tottenhem"lə müqayisədə daha amansız olub. Hər iki qarşılaşmada böyük hesabla qalib gələn İngiltərə klubu ümumilikdə 10 qol vurub – 6:0, 4:0.

"Topçular"dan dörd top

Növbəti mövsüm "Qarabağ" yenidən London klubu ilə rəqib olub. Avropa Liqasının qrupunda "Arsenal"la iki matç baş tutub. İngiltərə klubu hər iki qarşılaşmada quru hesabla qələbə qazanıb. Bakıda böyük hesabla qələbə qazanan qonaqlar Londonda minimal üstünlük əldə ediblər – 3:0, 1:0.

6 oyunda 1 qol

Azərbaycan və İngiltərə klublarının altı matçının hamısında "Qarabağ"ın rəqibləri London təmsilçiləri olub. Bu görüşlərin hamısında futbolun yaradıcıları qalib gəliblər. Bir qol vuran təmsilçimiz 18 top buraxıb.

2015/16 mövsümü, Avropa Liqası
17.09.2015. "Tottenhem" – "Qarabağ" – 3:1
26.11.2015. "Qarabağ" – "Tottenhem" – 0:1
2017/18 mövsümü, Çempionlar Liqası
12.09.2017. "Çelsi" – "Qarabağ" – 6:0
22.11.2017. "Qarabağ" – "Çelsi" – 0:4
2018/19 mövsümü
04.10.2018. "Qarabağ" – "Arsenal" – 0:3
13.12.2018. "Arsenal" – "Qarabağ" – 1:0

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Oxşar xəbərlər