top
Futbolumuz 2025-ə “31”lə gedir İdman.biz
03 dekabr 2024, 15:00
- ↺ +

Futbolumuz 2025-ə “31”lə gedir

Azərbaycan milli komandaları üçün 2024-cü il başa çatıb.

İdman.biz xəbər verir ki, 19 yaşadək qadınlardan ibarət yığmamızın Kiprdə meydan sahibləri ilə dünən keçirdiyi qarşılaşma ilin son rəsmi sınağı olub.

2024-cü ilə 0:3 hesablı məğlubiyyətlə yekun vuran futbolumuzun qiyməti isə heç "3"ə də layiq olmayıb. Müstəqilliyin ilk illərindən, beynəlxalq arenaya çıxdığımız 1994-cü ildən başlayan uğursuzluqlar bu dəfə də yığmalarımızın "yaxın dostu" olub.

Azərbaycanın 7 fərqli yığması il ərzində rəsmi turnirlərdə mübarizə aparıb. Kişilərdən ibarət komanda Millətlər Liqasında digərləri Avropa çempionatlarının seçmə mərhələlərində mübarizə aparıb. Təbii ki, buna mübarizə aparıb demək olarsa. Yığmalarımız məğlubiyyətləri sıralamaqla, ili yola verməklə yadda qalıb. Onların azarkeşlərə üzüntü bəxş etdiklərini söyləmək çətindir. Çünki artıq futbolsevərlər də yığmalardan əlini və ümidini üzüb.

31 məğlubiyyət

2024-cü ildə millilərimiz ümumilikdə 37 oyuna çıxıblar. Bunların 31-i məğlubiyyətlə başa çatıb. Bu, matçların 83,8 faizi deməkdir. İl ərzində cəmi 2 qələbə qazanan komandalarımız 4 heç-heçə ilə təsəlli tapa bilər. Azərbaycan futbolçuları vur-tut 15 qol vurublarsa, özləri rəqib toplarını tuta bilməyiblər. 126 qolun buraxılması futbol adına fiaskodan da artıq bir şeydir. Millilər orta hesabla hər qarşılaşmada 3,41 qola üzülüblər. Görünən odur ki, AFFA-da rəhbərlər, milli komandalarda məşqçilər, klub futbolunda liderlər, meydanda isə futbolçu nəsilləri bir-birini əvəz etsə də, nəticələr yuxarı-aşağı eyni qalır. Bir neçə qələbənin artıq-əskikliyi isə ciddi fərq qəbul olunmur və hansısa dövrün daha yaxşı sayılmasına əsas vermir. Bir sözlə, futbolumuz daha bir ili sıfırla, bəlkə də sıfırdan da asaşı qiymətlə yekunlaşdırıb.

Əsas

6

0

1

5

3-17

1

U-21

6

0

0

6

1-24

0

U-19

3

0

1

2

2-8

1

U-17

3

0

1

2

1-8

1

Qadınlar

8

1

1

6

3-22

4

U-19

6

0

0

6

0-23

0

U-17

5

1

0

4

5-24

3

37

2

4

31

15-126

10

Santuşdan nə fayda?

Adətən hər tsikldə bir qələbə ilə kimisə büdrədən, ümid deyil, boş təsəlli verən əsas yığmamız bu dəfə qələbə də görmədi. Fernandu Santuş kimi tanınmış və təcrübəli mütəxəssis gətirilsə də, futbolçusu olmayan milli portuqaliyalının da nüfuzuna güclü zərbə vurub. 6 rəsmi matçda cəmi 1 xal toplayan komandanın top fərqinin "-14" olması da acınacaqlıdır. Avropanın güclülərinin olmadığı C liqasında qeydə alınan bu nəticədən sonra yığma futbol ölkələri sayılmayanların yanına – D liqasına yuvarlanıb.

Yaxşı olmayacaq!

Əsas millinin sabahı U-21, gələcəyi isə digər yığmalardır. Amma U-21-in nəticələri belə deməyə əsas verir ki, sabah da yaxşı olmayacaq. Samir Əliyevin rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsinə qatılan millimiz 2023-cü ilin dörd oyununda 1 qələbəyə sevinmişdi. Tsiklin 2024-cü ilə təsadüf edən 6 görüşündə isə xal nə olduğunu bilmədik. Bütün oyunlarda uduzan yığma cəmi qol görüb və son 5 matçda quru hesabla uduzub. Üstəlik, 24 qol buraxılıb – orta hesabla hər qarşılaşmada 4 qol. Məğlubiyyətlərin dördü də böyükhesablı olub. U-21-in üzvlərinin bir neçə ildən sonra əsas millini gücləndirməli olduğunu nəzərə alsaq, Santuş və onun mümkün xələflərinin durumuna acımaq qalır.

Nəyə ümid edək?

Futbolumuzun sabahı kimi gələcəyi də qaranlıq görünür. Elxan Abdullayevin çalışdırdığı U-19 və İlham Yadullayevin başçılıq etdiyi U-17 də seçmə mərhələdən əliboş dönüb. Onlar "bir oyunda uduzmamışıq"la öyünə bilərlər. Amma qələbəsi olmayan yığmalar hərəyə 3 oyunda 1 xal qazanıblar. Eyni sayda – 8 top buraxan millilərlə nəyəsə ümid etmək də çətin, bəlkə də mümkünsüzdür. U-19 il ərzində cəmi 2 qol vursa da, hərəyə bir dəfə fərqlənən U-17 və U-21-dən üstün olub. Yalnız əsas milli daha çox – 3 dəfə rəqib qapılarına yol tapıb.

Ən yaxşımız belədirsə...

İl ərzində rəsmi turnirlərə qatılan 7 yığmamız arasında ən yaxşı nəticəyə qadınlardan ibarət millimiz imza atıb. Siyasət Əsgərovun yetirmələri bu il iki oyunda uduzmayan yeganə komanda kimi olub. AVRO-2025-in seçmə mərhələsi və hətta pley-offunda oynayan millimiz digərlərindən daha çox – 8 matça çıxıb. Bu qarşılaşmalarda 6 məğlubiyyət alınıb ki, bu da U-21 və qadınlardan ibarət U-19-la birlikdə ən uğursuz göstəricidir.

Zəiflər arasında zəif

Digər millilərimizdən fərqli 17 və 19 yaşadək qadınlardan ibarət yığmalarımız 2024-cü ildə iki çempionatın seçmə mərhələlərinə qatılıblar. Hər iki komandamız öncə AVRO-2024-ün 2-ci, ardınca AVRO-2025-in 1-ci seçmə mərhələsinin iştirakçısı olub. Amma yığmalarımız hər dəfə A liqasında deyil, Avropanın güclülərinin olmadığı B liqasında mübarizə aparıblar. Zəiflərin arasında da zəif təsir bağışlayan komandalarımız ümumilikdə 11 matçda 1 qələbə qazanıb. Bu da Nərgiz Qurbanovanın baş məşqçisi olduğu U-17-nin hesabndadır. Bu komanda 5 qol vurmaqla millilərimiz arasında rekordçu, 24 top buraxmaqla isə antirekordun şərikidir. İl ərzində bütün oyunlarda uduzan Həbib Ağayevli U-19 isə 6 matçda qol vurmayan yeganə komandamızdır. 23 top buraxan millimiz 5 dəfə böyük hesabla məğlub olub.

Əsas milli, Millətlər Liqası
5 sentyabr. Azərbaycan – İsveç – 1:3
8 sentyabr. Slovakiya – Azərbaycan – 2:0
11 oktyabr. Estoniya – Azərbaycan – 3:1
14 oktyabr. Azərbaycan – Slovakiya – 1:3
16 noyabr. Azərbaycan – Estoniya – 0:0
19 noyabr. İsveç – Azərbaycan – 6:0

U-21, Avropa çempionatının seçmə mərhələsi
22 mart. Azərbaycan – İngiltərə - 1:5
26 mart. Azərbaycan – Ukrayna – 0:3
6 sentyabr. Lüksemburq – Azərbaycan – 2:0
10 sentyabr. Azərbaycan – Serbiya – 0:2
12 oktyabr. Şimali İrlandiya – Azərbaycan – 5:0
15 oktyabr. İngiltərə - Azərbaycan – 7:0

U-19, Avropa çempionatının seçmə mərhələsi
13 noyabr. Azərbaycan – İslandiya – 0:2
16 noyabr. İrlandiya – Azərbaycan – 4:0
19 noyabr. Moldova - Azərbaycan – 2:2

U-17, Avropa çempionatının seçmə mərhələsi
13 noyabr. Macarıstan – Azərbaycan – 4:0
16 noyabr. Yunanıstan – Azərbaycan – 3:0
19 noyabr. Azərbaycan – Rumıniya – 1:1

Qadınlar, Avropa çempionatının seçmə mərhələsi
5 aprel. Macarıstan – Azərbaycan – 1:1
9 aprel. Azərbaycan – İsveçrə - 0:4
31 may. Türkiyə - Azərbaycan – 1:0
4 iyun. Azərbaycan – Türkiyə - 0:1
12 iyul. Azərbaycan – Macarıstan – 0:5
16 iyul. İsveçrə - Azərbaycan – 3:0
25 oktyabr. Azərbaycan – Portuqaliya – 1:4
29 oktyabr. Portuqaliya – Azərbaycan – 4:0

U-19 (qızlar), Avropa çempionatının seçmə mərhələsi
3 aprel. Monteneqro – Azərbaycan – 4:0
6 aprel. Bolqarıstan – Azərbaycan – 1:0
12 aprel. Azərbaycan – Latviya – 0:4
26 noyabr. İsveçrə - Azərbaycan – 8:0
29 noyabr. Estoniya - Azərbaycan – 3:0
2 dekabr. Azərbaycan – Kipr – 0:3

U-17 (qızlar), Avropa çempionatının seçmə mərhələsi
14 mart. Bolqarıstan – Azərbaycan – 6:1
17 mart. Sloveniya – Azərbaycan – 4:0
20 mart. Azərbaycan – Moldova – 4:1
30 oktyabr. Serbiya – Azərbaycan – 10:0
2 noyabr. Azərbaycan – Lüksemburq – 0:3

Qeyd edək ki, yığmalarımız üçün 2025-ci ilə Millətlər Liqasında mübarizə aparacaq qadın millimiz start verəcək. Komandamız fevralın 21-də Monteneqronu qəbul edəcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:02

Real Madrid yenidən 2014/15‑deki məşhur əjdaha formasını təqdim etdi

Futbol
Bu gün, 14:53

"Kəpəz"in futbolçusu Benito: "Yüksək yerlər uğrunda mübarizə aparmaq gücündəyik"

Qarabağ FK
Bu gün, 14:40

Seltik Beşiktaş'ı 3:2 məğlub etdi – Baş məşqçi Duranı yüksək qiymətləndirdi

Digər
Bu gün, 14:32

Paraatlet: Vətən Müharibəsində Şəhid Yoldaşının Ağır Xatirəsi

Futbol
Bu gün, 14:29

Denis Marandiçi Turan Tovuz futbolçusu Moldova millisinə dəvət alıb

Digər
Bu gün, 13:50

Azərbaycan üzgüçüləri Belarusdakı beynəlxalq turnirin ilk günündə 2 medal qazanıb

Minifutbol
Bu gün, 13:44

Azərbaycan – Latviya futzal qarşılaşmasının hakimi komandası müəyyən edilib

Futbol
Bu gün, 13:40

CONCACAF "Qızıl Kubok" turnirində 2027-ci ildən etibarən yeni format tətbiq olunacaq

Futbol
Bu gün, 13:39

Spalletti “Yuventus”da futbolçusu Xuan Kaballa mübahisə edib: “Diqqətli olmasan, yumruq vuracağam”

Qarabağ FK
Bu gün, 13:24

Turan Tovuzun kapitanı Qarabağla qarşılaşmadan məhrum olacaq

Digər
Bu gün, 13:09

Bakıda 19-21 Noyabrda Xüsusi Olimpiya Avropa Badminton Turniri keçiriləcək

Qarabağ FK
Bu gün, 13:00

Aslan Kərimov: “Qarabağ”da gedənlərin əvəzedilməsi və yeni gələnlərin keyfiyyəti mənəvi itkilərə səbəb olub”

Digər
Bu gün, 12:52

Futsal milliyati kapitanı Latviya matçı haqqında şərhlər verib

Qarabağ FK
Bu gün, 12:39

Qarabağın yarımmüdafiəçisi Reda Xadra ilk dəfə Livan milli komandası üçün dəvət edildi

Qarabağ FK
Bu gün, 12:20

Azərbaycan Milli Futbol Komandasının 2 Oyun üçün Heyəti Açıqlanıb

Futbol
Bu gün, 12:20

Nyukasl son 5 ildə Çelsi və Evertondan sonra ən çox sərmayə çəkən üçüncü klub olub

Futbol
Bu gün, 12:17

Emin Mahmudov: Andorra məcburi son milli matçım olacaq

Futbol
Bu gün, 12:14

Mingəçevir komandası matça gəlmədiyi üçün 0:3 texniki məğlubiyyət və 3000 manat cərimə aldı

Voleybol
Bu gün, 12:06

Polina Rəhimova: "Polşanın LKS komandası daha güclüdür, lakin biz də zəif deyilik"

Digər
Bu gün, 12:04

Andorranın qapıçısı Xesus Ovono faciədən sonra psixoloji sarsıntıyla üzləşir, Jerar Pike ona dəstək olur

Futbol
Bu gün, 12:00

U-17 millisinin baş məşqçisi Almaniyaya qarşı planlarından danışıb

Digər
Bu gün, 11:49

Azərbaycanlı kayakçılar və kanoecilər Batumidə super sprintdə yarışacaqlar

Futbol
Bu gün, 11:34

Messi, Ronaldo və Neymar 2026-cı ildə milli komanda karyeralarını bitirdi

Digər
Bu gün, 11:34

Azərbaycan stolüstü tennis komandası Avrasiya Liqasında liderlik davam etdirir

Oxşar xəbərlər