Beynəlxalq Futbol Assosiasiyaları Şurası VAR sisteminin işində, eləcə də oyunlar zamanı cəzaların icrasında dəyişikliklər edə bilər.
Lent.az xəbər verir ki, sistemin künc zərbələrinin və ikinci sarı vərəqələrin düzgünlüyünü nəzərdən keçirə bilməsi üçün VAR sisteminin səlahiyyətlərinin genişləndirilməsi nəzərdən keçirilir.
Həmçinin qapıçı seyv etdikdən sonra 11 metrlik cərimə zərbəsini yerinə yetirən komandaya təqib etməyi qadağan edən qayda tətbiq etmək təklif olunur.
Dəyişikliklər qəbul olunarsa, onlar 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək. Yeni qaydaların tətbiq ediləcəyi ilk turnir ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı olacaq.