top
Futbolçunun atası: “Adnan Əhmədzadənin həbsindən sonra cəmi beş-altı uşaq saxlayıblar” Idman.biz
28 oktyabr 2025, 17:05
- ↺ +

Futbolçunun atası: “Adnan Əhmədzadənin həbsindən sonra cəmi beş-altı uşaq saxlayıblar”

İş adamı Adnan Əhmədzadənin həbs olunmasından sonra İspaniyanın "Marset" klubunda olan azərbaycanlı uşaqlarla bağlı vəziyyət qeyri-müəyyən olaraq qalıb.

Həmin akademiyada çıxış edən uşaqlardan biri Kamil Həsənovun atası Mərdan Həsənov "Qafqazinfo"ya vəziyyətlə bağlı açıqlama verib.

O bildirib ki, ödənişlər olmadığı üçün "Marset" akademiyasından bildirilib ki, uşaqları orada saxlaya bilməyəcəklər:

"Mənim oğlum və onun bir qrup həmyaşıdları 2024-cü ilin sentyabr ayında həm futbol oynamaq, həm də təhsil almaq üçün İspaniyanın Barselona şəhərində yerləşən "Marset" akademiyasına yollanıb. Hər şey gözəl, hər şey əla idi, ta ki, məlum hadisəyə qədər. Son yaşananlardan sonra bizə dedilər ki, ödəniş olmadığı üçün uşaqları İspaniyada saxlaya bilməyəcəklər. ASTA (Azerbaijan Sport Talents Academy) rəhbərliyindən də hesablarının dondurulduğu üçün ödəniş etməklərinin mümkün olmadığını dedilər bizə.

Bildiyim qədərilə toplam 32 uşaqdan cəmi beş-altı nəfəri saxlayıblar. Həmin uşaqlar 2023-cü ildən "Marset"də olanlardır. Amma onları da deyəsən, yanvar ayına qədər saxlayacaqlar.

Kamil və onun bəzi komanda yoldaşları, yəni 2009-cu il təvəllüdlü uşaqlar bu hadisələr baş verəndə millinin heyətində idilər. Onlar milli ilə birlikdə Fransadan ölkəmizə gəliblər, İspaniyaya qayıtmayıblar.

Mən öz adımdan ASTA rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, uşaqlarımız üçün belə fürsət yaratmışdılar. Oradakı uşaqların 70-80 faizi milli üzvləri olduğu üçün AFFA-nın və Gənclər və İdman Nazirliyinin bu məsələyə müdaxilə etməsini gözləyirəm. Xahiş edirəm ki, uşaqlarımızın "Marset"ə qayıdıb futbolla məşğul olmasına köməklik etsinlər".

Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də A.Əhmədzadə barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib. Adnan Əhmədzadə futbol dünyasına yaxın şəxs kimi də tanınır. O, "Barselona" klubunun rəhbərliyi, eləcə də Lionel Messi də daxil olmaqla bir neçə dünya futbol ulduzu ilə dostluq edir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Oxşar xəbərlər