top
Futbola Ömrünü Həsr Edən Parkovşik: Azərbaycan Futbolunun Acı Həqiqəti Idman.biz
19 sentyabr 2025, 13:13
- ↺ +

Futbola Ömrünü Həsr Edən "Parkovşik": Azərbaycan Futbolunun Acı Həqiqəti

Azərbaycanda niyə futbol yoxdur? Bu suala uzun-uzadı cavab axtarmağa ehtiyac yoxdur. Cavab bəzən gözümüzün qarşısındadır. Futbolla nəfəs alan, minlərlə uşağa topla məharətlə oynamağı, meydanın qaydalarını, idmanın əxlaqını öyrədən insanların taleyinə baxmaq kifayətdir. İdman.biz xəbər verir ki, Musavat.com-un əməkdaşı Vüsal Mehdiyev Sumqayıtda keçmiş futbolçu, hakim Akif Adıgözəlovla görüşüb.

Görüşlə bağlı yazını təqdim edirik:

"Şəkildə gördüyünüz adamla Sumqayıtda təsadüfən tanış olduq. Keçmiş futbolçu, uşaq futbolunda müəllim və futbol hakimi.

61 yaşı olan Akif Adığözəlov Sumqayıtda "parkovşik"liklə birtəhər dolanmağa çalışır. Dediyinə görə, gündəlik 5-10 manat qazancı olur.

Əvvəlcə dediklərinə şübhə ilə yanaşdım. Axtarış sistemində onunla bağlı məlumatlar dediklərini təsdiqləyirdi.

Bir neçə il əvvəl konkret.az saytında onunla bağlı maraqlı reportaj da yayılıb.

Akif müəllim Sovetlər İttifaqı dönəmində Sumqayıtın "Kaspi" adlı klubunda oynadığını bildirir. Hətta iki il Lvov klubunda legioner həyatı yaşadığını da iddia edir. Ciddi zədə səbəbindən Ukrayna karyerasını yarımçıq qoyaraq, vətənə dönüb.

Sonralar uşaq futbolunda müəllim, ölkə çempiontının oyunlarında yan xətt hakimi olub.Təxminən 10 ildən artıqdır işsizdir. "Parkovşik"liklə çörəkpulu qazanmağa can atır.

Akif Adığözəlov deyir ki, iş üçün döymədiyi qapı qalmayıb. Amma həyatını futbola həsr etmiş sabiq hakimə Sumqayıtda adi bir iş tapılmayıb. Şəhər futboluna, idmanına məsul şəxslər Akif Adığözəlova sahib çıxmayıblar. Ömrünü futbola həsr etmiş bir insanın son dərəcə ağır şərtlər altında yaşamasını görmək xoş olmayan mənzərədir".

"Azərbaycan futbolu niyə inkişaf etmir" sualının acı cavabında elə Akif Adığözəlovun hekayəsi də var.

Bu, təkcə bir şəxsin taleyi deyil, əslində bütöv futbol sistemimizin durumunun göstəricisidir. Futbola ömrünü verən, uşaqlara meydanda necə davranmağı, topun arxasınca necə qaçmağı öyrədən insanların bu gün cəmiyyət tərəfindən unudulması futbolumuzun inkişaf etməməsinin əsas səbəblərindən biridir.

Azərbaycan futbolunun durumu ilə bağlı əsas məqamlar sırasında idarəçilik və sistemsizlik dayanır.

Futbol federasiyasında illərdir aparılan islahatlara baxmayaraq, aşağıdan yuxarıya qədər işlək mexanizm yoxdur. Uşaq futbolu təsadüfi adamların öhdəsinə buraxılıb, məşqçilər isə çox vaxt dəstək görmədən meydanda öz güclərinə mübarizə aparırlar.

Maliyyə bölgüsündə ədalətsizlik də öz sözünü deyir.

Klublara milyonlarla manatlıq sponsor dəstəyi olub, amma bu vəsaitlərin böyük qismi nəticə gətirməyən legionerlərə və bürokratiyaya sərf edilib. Uşaq futboluna, yerli istedadların yetişdirilməsinə ayrılan diqqət isə simvolik qalıb.

Karyera sonrası boşluq da bir ayrı problemdir.

Futbolçular karyerasını bitirdikdən sonra onların məşqçilik, menecerlik və ya idman qurumlarında işləməsi üçün real proqram yoxdur. Akif Adığözəlov kimi yüzlərlə sabiq futbolçu bu gün müxtəlif peşələrdə dolanışıq axtarır, amma futboldan kənarda qalıb. Bu amillər ölkədə ümumilikdə futbola ictimai marağın azalmasını şərtləndirib.

Milli komandanın nəticələri və klubların avrokuboklarda zəif çıxışı azarkeşləri futboldan uzaqlaşdırıb. Çoxları üçün futbol artıq sevimli idman yox, bahalı, amma nəticəsiz şouya çevrilib.

Regional futbolun çöküşü də milli futbolumuza təsir edən amillərdən biridir.

Sovet dövründə Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Lənkəran kimi şəhərlərdə güclü futbol ənənəsi vardı. Bu gün həmin ənənələr unudulub, bir çox şəhərlərdə futbol infrastrukturu dağılıb və uşaqlar topu stadionda yox, küçədə qovur.

Nəticə millimizin geyimini ən müxtəlif ölkələrdə uşaqkən futbol meydançası görmüş, yetişib legionerə çevrilmiş əcnəbilər geyinir.

Akif Adığözəlovun faciəli taleyi sadəcə bir insanın yox, bütöv bir sistemin portretidir. Futbolçuların ömrünü həsr etdiyi idman sahəsi bu gün onları unudursa, biz necə yüksək nəticələr gözləyə bilərik? Azərbaycan futbolunun inkişafı üçün real islahatlara, aşağı yaş qruplarından başlayaraq şəffaf idarəetməyə və futbol veteranlarına sahib çıxmağa ehtiyac var.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Oxşar xəbərlər