Futbol veteranları AFFA rəhbərliyindən narazıdı. Sport24.az-a daxil olan məlumata görə, bir qrup veteran neçə caxtdı assosiasiya prezidenti Rövşən Nəcəflə görüşmək istəsə də, bunu reallaşdıra bilmirlər.
Mənbəmiz onu da bildirib ki, görüşlə bağlı veteranlar tərəfindən artıq 2 dəfə qurum rəhbərliyinə rəsmi müraciət olunub. Ancaq hələ ki, müsbət cavab gəlməyib. O da məlumdu ki, qarşı tərəf geri çəkilmək fikrində deyil. Noyabrın 18-də Veteranlar İttifaqının sədri Oqtay Abdullayev növbəti dəfə məsələ ilə bağlı quruma rəsmi müraciət ünvanlayacaq.
Qeyd edək ki, bir müddət öncə AFFA-nın vitse-prezidenti Balakişi Qasımov Sports.az-a müsahibəsində futbolumuzun inkişaf etməməsində veteranların da məsuliyyət daşıdığını bildirmişdi.