top
Futbol meydançalarının məhv edilməsi: Uşaqların stadionu əvvəl zibillə doldu, sonra isə Idman.biz
14 noyabr 2025, 13:38
- ↺ +

Futbol meydançalarının məhv edilməsi: Uşaqların stadionu əvvəl zibillə doldu, sonra isə

Azərbaycanın DÇ 2026-nın seçmə mərhələsində İslandiyaya 0:2 hesabı ilə məğlubiyyəti sosial şəbəkələrdə yenidən ciddi müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, istifadəçilər, o cümlədən idman ekspertləri və tanınmış simalar millinin oyununda irəliləyiş olduğunu qeyd etsələr də, uşaq futbolundakı problemlərdən tutmuş infrastruktur çatışmazlığına qədər müxtəlif mövzulara da toxunublar.

Müzakirələrə qoşulan tanınmış radio aparıcısı Tural Yusifov paylaşımında futbol meydançalarının ardıcıl şəkildə sıradan çıxarıldığını tənqid edib:
"Azərbaycanın futbol üzrə yığması 0:2 hesabı ilə İslandiya yığmasına məğlub olur. Səbəb? Məsələn: futbol meydançalarının yerində tikintilərin aparılması".

Yusifov Hövsanda yerləşən və uşaqlıq illərində oynadıqları futbol meydançasının taleyini xatırladaraq, "orada uşaq və yeniyetməlik dövrümüzdə futbol oynadığımız bir meydança var idi. Bəli, ot örtüyü, süni meydança deyildi, sadə torpaq örtüyü idi. Hamımız elə yerlərdə oynamışıq da. Bir çox uşaqlar belə yerlərdən böyük futbola keçid edib. Bu stadion Suraxanının keçmiş icra başçısı H.Abutalıbovun təşəbbüsü ilə salınmışdı", - deyə bildirib.

Onun sözlərinə görə, ənənəvi taktika ilə meydança əvvəlcə baxımsız buraxılıb, sonra isə məqsədli şəkildə yararsız vəziyyətə salınıb:
"Torpaq örtüyünün tikanla örtülməsinə göz yumdular. Stadionun yarısı tikanlığa çevrildi. Uşaqlar meydanın ikinci yarısında oynamasınlar deyə, o hissədə zibil qablarını sıra ilə düzdülər (peykdən çəkilmiş fotodan da görünür)".

Yusifov qeyd edir ki, stadion yalnız onun ətrafında qaçan və yaşlı insanların tonusda qalması, sürətli yürüş etməsi üçün yararlı qalıbmış. Və bir gün əvvəl ətrafını hasarlayıblar, bir ay içərisində isə stadion böyük bir tikili ilə əvəzlənib.

Yusifov nəticənin səbəblərinin çox daha dərin olduğunu vurğulayıb: "Deyirsiniz ki, niyə uduzuruq? Uşaqların futbol oynaması üçün nə həyətlərdə, nə də kənarlarda yer qalmayıb".

O, futbol meydançasına düzülən zibil qablarının mənzərəni simvolik şəkildə ifadə etdiyini də qeyd edib: "Bizim üçün futbolun yeri elə oradı".

Xatırladaq ki, İdman.Biz bir müddət əvvəl Kürdəxanı kəndində, şəxsi evinin həyətində uşaqlar üçün futbol meydançası quran 45 yaşlı Zakir Əliyevlə geniş müsahibə edib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 20:57

Meryem Cavadova finala yetişə bilmədi, Azərbaycan yalnız bir medal qazanıb

Futbol
Bu gün, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Bu gün, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Bu gün, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Bu gün, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Futbol
Bu gün, 20:27

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısına daxil olub

Digər
Bu gün, 20:21

Azərbaycanın sambo üzrə dünya çempionatında iştirak edən 7 idmançıdan ibarət heyəti müəyyənləşib

Futbol
Bu gün, 20:11

Karrik: “Mən istefa etməyəcəyəm, bu iddialara inanmıram”

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Futbol
Bu gün, 19:44

Estevao ‘Çelsi’də qalmağa qərar verdi, Alonso onun daha çox oynanacağına inanır

Qarabağ FK
Bu gün, 19:29

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropada davamlı olaraq uğur qazanmasını arzulayıram”

Futbol
Bu gün, 19:28

Van Dayk: "VAR işləməyəcəksə, 50 kamera nə üçündür?"

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Digər
Bu gün, 19:12

FIFA, İnfantinonun 6,8 milyon manatlıq vergisini gizli razılaşma ilə ödəyib

Futbol
Bu gün, 18:59

Çelsi Aleks Skottu 100 milyon avroya transfer etmək istəyir

Cüdo
Bu gün, 18:55

Ağdamda ilk cüdo zalı istifadəyə verilib

Futbol
Bu gün, 18:49

Milan, Endrik transferi üçün Cerri Kardinalini maraqlandırır

Formula 1
Bu gün, 18:48

Andrea Kimi Antonelli 20 yaşında Formula 1 çempionu oldu

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Oxşar xəbərlər