top
Futbol mənə hər şeyi verib, xüsusilə də Sport24.az
08 aprel 2025, 12:20
- +

Futbol mənə hər şeyi verib, xüsusilə də

İlqar TAĞIYEV

 

28 iyun, 1983-cü il, çərşənbə axşamı. Həmin yay günü Bakıda həyat sanki dayanmışdı. Səbəbsə, sadə idi, "Neftçi" Bakıda "Ararat"ı qəbul edirdi. Azarkeşləri də, futbola biganə qalanları da, bir sözlə, hamını bir sual maraqlandırırdı – oyun necə başa çatacaq? Komandamız erməniləri 3 cavabsız qolla məğlub etdi. Oyunun qəhrəmanlarından biri müdafiəçi Yaşar Vahabzadə idi. Hansı ki, bu gün təqaüd yaşını qeyd edir. Sport24.az 525-ci qəzetə istinadən Yaşar bəyin həmin oyunla bağlı xatirələrini təqdim edir.

 

Vahabzadə Yaşar Fikrət oğlu 1960-cı il aprelin 8-də Bakıda anadan olub. El dilində desək, Yasamal "uşağıdır". İndiki 5-ci Yasamal adlandırılan ərazidə illərini "xərcləyib", böyüyüb. Ailədə 6 uşaq olublar – 3 qardaş, 3 bacı. Yaşar müəllim ailənin 2-ci övladıdır. Anası Sonaxanım 1968-ci ildə vəfat edib. Atası Fikrət kişi sürücü olub. 6 övladının əlini çörəyə çatdıran Fikrət kişi 2009-cu ildə dünyasını dəyişib.

 

Uşaq vaxtlarından top oyunlarına, xüsusilə futbola böyük həvəsi olan balaca Yaşar boş vaxtlarını məhlələrində, oxuduğu 52 saylı orta məktəbin futbol meydanında top qovmaqla keçirirmiş. Adi günlərdən birində Yaşara orta yaşlı bir nəfər yaxınlaşıb və onu komandasına dəvət edib. Bu, "Neftçi"nin futbolçusu Asəf Namazovun böyük qardaşı Asif Namazov idi. Beləcə, Yaşar Vahabzadənin futbol həyatı başlayıb. 13 yaşında Asif müəllimin rəhbəri olduğu "Krasnıy vostok"da futbol məşğələlərinə qoşulan Yaşar Vahabzadə qısa zamanda istedadını göstərib.

 

O vaxtlar Bakıda indiki saysız-hesabsız ödənişli futbol klublarını xatırladan "Krasnıy vostok" kimi komandalar çox idi və bu komandalar mütəmadi olaraq Respublika stadionunun yaxınlığındakı asfalt örtüklü meydanda təşkil olunan yarışlarda iştirak edirdilər. Məqsəd seçilənləri Bakı birinciliyində çıxış edən futbol məktəblərinə göndərmək idi. Yaşar elə ilk oyunundaca diqqəti özünə çəkə bilib və mərhum Vladimir Qalaktionovun məşqçisi olduğu "FŞM-1"ə dəvət alıb. İlk ilində özündən 1 yaş böyüklərin komandasında oynayan Yaşar az sonra rəhmətlik Ruslan Abdullayev tərəfindən 14 yaşlılardan ibarət milli komandaya çağırılıb. Komanda ilə ilk səfəri də yadındadır. Donetsk vilayətinin Artyomovsk şəhərində keçirilən spartakiadadan sonra həm də "Neftçi"nin hazırlıq qrupunun rəhbəri olan Ruslan müəllim onu komandasına dəvət edib. Amma gənc futbolçu "FŞM"də qalmağı üstün tutub.

 

Yaşar Vahabzadənin usta futbolçu kimi "siftə"si 1977-ci ilə təsadüf edir. Həmin vaxt SSRİ dönəmində peşəkar futbolçu anlayışı yox idi. Ruslan Abdullayev artıq, "Neftçi"nin əvəzedici komandasının baş məşqçisi idi. Yığmaya isə onun yerinə Anatoli Qryazev gətirilmişdi. SSRİ-də çempionatlar payız-yaz sistemi ilə keçirildiyindən qış aylarında komandaların heyətlərini komplektləşdirməsi üçün xeyli vaxt olurdu. Məhz həmin dövrdə futbol məktəbləri turnir təşkil edirdilər. Ki, ustalardan ibarət komandaların məşqçiləri gəncləri izləsinlər və bəyəndikləri futbolçuları komandalarına götürsünlər. 1977-ci ilin qışında "Spartak" stadionunda keçirilən turnirdə 2-ci dəstənin 9-cu zonasında şıxış edən Bakının "Avtomobilçi" komandasının baş məşqçisi Əli Əbilzadə Yaşar Vahabzadənin oyununu bəyənib və beləcə, indiki dövrün dili ilə desək, onun peşəkar karyerası başlayıb.

 

"Avtomobilçi"dən söz düşmüşkən, ilk maaşı 110 manat olub. Fikrət kişi oğlunun futbolçu olmasını istəmirdi. Yaşar müəllim deyir ki, atası futbol azarkeşi idi, amma 1 dəfə də olsun övladının oyununu stadiondan izləməyib. Hətta oğlu ilk dəfə maaşını evə aparanda çox heyrətlənib. "A bala, mən neçə ildir ki, sürücü işləyirəm, 72 manat alıram, sən 1 aya 110 manatı necə qazandın?" – deyə, təəccübünü gizlətməyib.

 

1980-ci ildə "Avtomobilçi" bütün heyətlə Mingəçevirə göndərilib. Burada komandanın baş məşqçisi, mərhum Valentin Xlıstovun rəhbərliyi altında 2 il oynayıb. 1983-cü ildə isə Kazbek Tuayevin dəvəti ilə ikinci dəfə "Neftçi"yə çağırılıb. Bəs, birinci? Çayım soyuyur, burasını yubilyarın öz dilindən eşidək: "1980-ci ildə Respublika stadionunda 2-ci liqa komandalarının yığması ilə "Neftçi" arasında yoldaşlıq oyunu keçirildi. Biz 2:1 hesabı ilə qalib gəldik. Qolların birini mən, digərini isə "Avtomobilçi"dəki komanda yoldaşım, rəhmətlik Qəhrəman Əliyev vurdu. Oyundan sonra hər ikimizə bildirdilər ki, sabahdan "Neftçi"nin əvəzedici komandasına götürülürsünüz. İlk 2 oyunda əsas heyətdə 90 dəqiqə meydanda oldum. Növbəti oyun üçün  səfərə gedirdik. Siyahıda adımın olmaması mənə pis təsir elədi. Əşyalarımı yığıb Mingəçevirə qayıtdım"...

 

1982-ci ildə "Neftçi"yə baş məşqçi Kazbek Tuayev təyin olunub. Buna kimi Lənkəranın "Xəzər"ini çalışdıran Tuayev demə, Vahabzadəni çoxdan gözaltı edibmiş. Maraqlıdır ki, Yaşar müəllim "Neftçi"yə götürülməsini qəzetdə dərc olunmuş xəbərdən bilib. "İdman" qəzetinə müsahibə verən Tuayev bir neçə gənci, o cümlədən, Yaşar Vahabzadəni komandaya çağırdığını bildirib.

 

Bəs, hərbi xidmət? Axı, SSRİ-də 18 yaşına çatmış oğlanlar 2 illik hərbi xidmət keçməli idilər. Demə, Yaşar müəllim SSRİ-yə "borcunu" cəmi 1 günə verib. Vahabzadə Mingəçevirin Mərkəzi Komitəsinin 1-ci katibinin komanda ilə görüşü zamanı problemini ona bildirib və katibin göstərişi ilə onun adı Mingəçevirdəki hərbi hissələrdən birinə yazılıb. Cəmi 1 gün söhbətinə gəlincə, əsgər geyimini ancaq andiçmədə geyinib, vəssalam.

 

Yeri gəlmişkən, 8-ci sinifə kimi əla qiymətlər alan, hətta "sinifkom" olan gənc millinin heyətində digər respublikalara səfərlər üzündən son 2 ildə təhsilə o qədər fikir verməyib. Ali məktəbə sənəd verdikdə, köməyə yenə futbol gəlib. 1977-ci ildə orta məktəbi bitirən məzun Vahabzadəyə millidə oynadığı üçün "endirim" edilib və Bətən Tərbiyəsi İnstitutuna daxil olub.

 

"Neftçi"dəki dövrə qayıdaq. Müdafiənin bütün mövqelərində oynamağı bacaran Vahabzadə burada Şakir Qəribov, Rəşid Özbəyov, Əsgər Abdullayev, Ələddin Ələkbərov, Vladimir Mixaylevski və digər "as"larla rəqabət aparmalı olub. İlk oyununa 3-cü turda Minskdə yerli "Dinamo"ya qarşı çıxıb. Zədəli Şakir Qəribovu əvəzləyən Vahabzadə 90 dəqiqə meydanda olub. Ən çox güclü zərbələri ilə azarkeşlərin yaddaşında qalan futbolçu ilk qolunu növbəti mövsüm Bakıda "Paxtakor"la oyunda vurub. Ümumiyyətlə, "Neftçi"nin heyətində 200-ə yaxın oyunda forma geyinib, 8 dəfə rəqibləri məyus edib.

 

Ən yaddaqalan oyunu yazının girişində bəhs etdiyim "Ararat"la Bakıdakı qarşılaşmadı. Stajlı futbol azarkeşləri "Ararat"la oyunları yaxşı xatırlayır. Ermənilərə məğlub olmaq, özü də Bakıda, intihara bərabər idi. İyunun 28-də Bakıdakı oyunda komandamız "Ararat"ı 3:0 hesabı ilə məğlub edir.

 

Oyunun qəhrəmanlarından biri də müdafiəçi Yaşar Vahabzadə olur.

Yeri gəlmişkən, həmin oyunun protokolunu tapa bildim: 

"Neftçi" (Bakı) – "Ararat" (Yerevan) 3:0 (1:0)

28.06.1983. Bakı, Respublika stadionu, 32.200 tamaşaçı

Hakim: Viktor Abqolts

Qollar: İqor Ponomaryov 2 (pen.), 47; Maşallah Əhmədov, 78.

Sarı vərəqələr: Gennadi Drozdov, Maşallah Əhmədov ("Neftçi"); Robert Qalustyan, Aleksandr Keropyan ("Ararat")
"Neftçi": Sergey Kramarenko, Asim Xudiyev, Şakir Qəribov, Yaşar Vahabzadə, Əsgər Abdullayev, Vladimir Mixaylevski, Gennadi Drozdov, Səməd Qurbanov, İqor Ponomaryov, İsgəndər Cavadov (Ruslan Həbibov, 79), Maşallah Əhmədov (Səmədağa Şıxlarov).

Baş məşqçi: Kazbek Tuayev

"Ararat": Oleq Rafailov, Rafael Qalustyan, Albert Sarkisyan (Artak Karapetyan, 79), Aşot Xaçatryan, Robert Qalustyan, Xoren Oqanesyan, Nazar

Petrosyan (Hamlet Mxitaryan, 76), Poqos Qalstyan, Oqanes Kirakosyan, Aleksandr Keropyan, Samvel Kasaboqlyan.

Baş məşqçi: Arkadi Andreasyan

 

Yaşar müəllim deyir ki, "Neftçi"də oynadığı dövrdə o qədər maraqlı, yaddaqalan hadisələr olub ki. Birini yubilyarın öz dilindən eşidək: "Bizim dövrün demək olar ki, bütün məşhur hücumçularına qarşı oynamışam – Yuri Qavrilov, Fyodor Çerenkov, Oleq Bloxin, Ramaz Şengeliya... Heç birindən çəkinməmişəm, başabaş mübarizə gedib. Amma bir nəfər başıma elə oyun açıb ki, hələ də yadımdan çıxmayıb. Tiflis "Dinamo"sunda hücumçu var idi - Vladimir Qutsayev. Bir dəfə səfərdəki oyunda baş məşqçimiz Kazbek Tuayev Qutsayevi mənə tapşırdı. Adam məni o günə saldı ki, fasilədə əvəzlənməmi istədim. O qədər "podkat" eləmişdim ki, bütün bədənim yara idi. Düzdür, Kazbek Aliyeviç məni əvəzləmədi, mövqeyimi dəyişdi. Qutsayevi isə Rauf Əmirova tapşırdı. Həmin oyun heç-heçə başa çatdı – 1:1. Gürcülər qolu penaltidən vurdular. Hansı ki, Qutsayevi saxlamaq istəyəndə mən səbəb olmuşdum. Yaxşı yadımdadır, həmin epizoddan sonra Maşallah Əhmədov qışqıra-qışqıra üstümə gəldi ki, Qutsayevi niyə saxlaya bilmirsən? O vaxt "Dinamo"da oynayan və bizim də yaxşı tanıdığımız Zaur Svanadze Maşallaha qayıtdı ki, uşağın üstünə niyə qışqırırsan, bu adamı Manfred Kalts (70-80-ci illərdə Almaniyanın və dünyanın ən yaxşı müdafiəçilərindən biri – red.) saxlaya bilməyib, o da olsun sizin bu cavan oğlan. Maraqlıdır ki, 2-ci dövrədə Bakıdakı oyunda da eyni hal təkrarlandı. 2:2 hesabı ilə bitən oyunda rəqib hər 2 qolu mənim cinahımdan, Qutsayevin ötürməsindən sonra vurdu".

 

7 il "flaqman"da oynayan Yaşar Vahabzadə "Neftçi"də ona qarşı münasibətin soyuduğunu hiss edərək öz istəyi ilə komandadan ayrılıb. Komanda yoldaşı və dostu Vaqif Sadıqovla birlikdə 2-ci dəstənin 9-cu zonasında çıxış edən Sumqayıtın "Xəzər" komandasına keçib. SSRİ dağıldıqdan sonra ilk milli çempionatımızda da "Xəzər"də olub, gümüş medalları qazanıb. Daha sonra Vaqif Sadıqovun məşqçisi olduğu "Nicat"a (Maştağa) keçib. 3-cü milli çempionatımızda yenidən doğma komandasına qayıdıb.

 

1993-1997-ci illərdə "Neftçi" ilə 2 dəfə ölkə çempionu olan, 2 dəfə də kuboku qazanan Vahabzadə "Azərbaycansayağı künc zərbəsi"ndən qol vuran ilk futbolçudur. 1993-cü ildə "Kür-Nur"la səfər oyununda baş məşqçi Vaqif Sadıqovun "beyninin məhsulu"nu qola çevirən Yaşar Vahabzadə bununla bir ilkə imza atıb. Sonradan digər komandalarımız, millimiz bu sayaq neçə-neçə qol vurub. 1997-ci ildə "Neftçi"dən ayrılan Vahabzadə 2 il "Dinamo"da (Bakı) oynadıqdan sonra 2000-ci ildə, 40 yaşında Sumqayıtın "Kimyaçı" komandasında peşəkar futbolla vidalaşıb.

 

Müstəqillik illərində Azərbaycan millisində 7 dəfə forma geyinib. Karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olub. Müxtəlif illərdə aşağı yaş millilərimizi çalışdıran "Pro" kateqoriyalı məşqçinin az da olsa, Premyer Liqa təcrübəsi var. Söhbət "Kəpəz"lə "yuxarı"da keçirdiyi 4 oyundan gedir. Hazırda AFFA-nın Məşqşilər Qrupunun üzvü olan Yaşar Vahabzadənin ən böyük uğuru isə 2017-ci ildə Bakıda keçirilən İslam Oyunlarında olub. Həmin vaxt turnirin qalibi olan 21 yaşlılardan ibarət komandamızın baş məşqçisi o idi. 

 

Futbol, "Neftçi" Yaşar Vahabzadəyə nə verib? Dediyinə görə, həyatda qazandığı bütün uğurlara görə futbola borcludur. Əsas da... 42 il əvvəlin söhbətidir. Deməli, o vaxt Azərbaycanda qadınlardan ibarət həndbol komandası "Avtomobilçi" Avropa Kubokunda çıxış edirmiş. "Neftçi" bütün heyətlə xanımları dəstəkləməyə gedib. Orada gənc Yaşar həndbolçumuz Esmira Əsgərova ilə tanış olub və bu tanışlıq 3 ildən sonra Esmira xanımın soyadını, hər ikisinin isə taleyini dəyişməsinə səbəb olub. Vahabzadə ailəsinin 2 övladı, 2 nəvəsi var. Böyük nəvəsi – balaca Yaşar Vahabzadə də babası kimi futbolla məşğuldur. Nə bilmək olar, bəlkə babasından da məşhur futbolçu oldu. Sağlıq olsun, bunu qəhrəmanımızın "70"də olmasa da, 80 illik yubileyində biləcəyik...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:14

Manchester United baş məşqçisi Michael Carrick: “Sabah” güclü komandadır

Futbol
Dünən, 23:57

Chelsea, Barcelona gənc futbolçusu Mark Bernalın transferi üçün mübarizə aparır

Futbol
Dünən, 23:00

Elhad Nəziri Gəncəbasarın Xankəndi üzərindəki 2:1 qələbəsini şərh etdi

Futbol
Dünən, 21:26

“Sabah”ın keçmiş məşqçisi Murad Musayevə RPL‑in iyul‑avqust aylarının ən yaxşı məşqçisi mükafatı verildi

Futbol
Dünən, 21:01

Turan Tovuz Aleksa Yankoviçü 3 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 20:50

"Zirə" futbol klubu Mərakeşli müdafiəçi Mehdi Mişahşahı 3 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 17:06

Kəpəz kapitanı Dioqo Verdaskanın sağ bud əzələsində yırtıq – 6 həftə müalicə;

Futbol
Dünən, 16:00

“Mançester Yunayted” əfsanəsi Paul Scholes “Sabah” qarşısında komandası üzərində tənqidini bildirdi

Futbol
Dünən, 15:37

“Kəpəz” – “Qəbələ” matçına 3500 bilet satılıb

Basketbol
Dünən, 12:23

“Neftçi” basketbol komandası Aleksa Stepanoviçlə mövsüm sonuna qədər müqavilə imzalayıb

Futbol
Dünən, 01:20

Coy-Lens Mikels: Çempionlar Liqasının ilk oyununda öz futbolumuzu dünya ilə paylaşmaq istəyirik

Futbol
Dünən, 01:03

Qalatasaray məğlub oldu, PSJ 6-1 qələbə ilə qol şousu etdi

Futbol
Dünən, 00:33

Sabah FK‑nin baş məşqçisi Valdas Dambrauskas, Manchester United ilə Çempionlar Liqası matcında komandanın həqiqi gücünü ölçəcək

Futbol
Dünən, 00:23

“Sabahın Ulduzları” Bakı Kubokunda “Neftçi” və “Sumqayıt” komandalarının inamlı qələbələri

Futbol
09 sentyabr 2026, 23:44

Skaloninin Argentina millisinin baş məşqçiliyi vəzifəsindən ayrılma düşüncələri

Futbol
09 sentyabr 2026, 23:24

Tibo Kurtua Belçika millisinin çıxışını müvəqqəti dayandırdığını açıqladı

Olimpiada
09 sentyabr 2026, 17:55

MPK rəhbərliyi Cənubi Koreyada “Muju Qran-pri” turnirində qızıl medal qazanan parataekvondoçularla görüşdü

Qolf
09 sentyabr 2026, 15:56

“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib

Cüdo
09 sentyabr 2026, 15:55

Hidayət Heydərov Budapeştdə “Böyük Dəbilqə” turnirində iştirak edəcək

Futbol
09 sentyabr 2026, 15:00

“Kəpəz” kapitanı Dioqo Verdaska zədələndi, “Qəbələ” ilə qarşılaşma qeyri-müəyyən

Basketbol
09 sentyabr 2026, 13:00

Neftçi klubunun heyətinə amerikalı basketbolçu Elayca Hokins qatıldı;

Futbol
09 sentyabr 2026, 08:20

France Football-un “İlin ən yaxşı məşqçisi” mükafatı üçün namizədlər açıqlanıb

Futbol
09 sentyabr 2026, 06:39

Bellinqem: “Mourinhonun işi möhtəşəl, amma 200% şansı əldən buraxdım”

Futbol
09 sentyabr 2026, 05:37

Rusiya və İran milli komandaları Kazanda yoldaşlıq matçında üz-üzə gəlir

Oxşar xəbərlər