Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) təklif irəli sürüb.
2026-cı ildə keçiriləcək dünya çempionatının oyunları zamanı ilk hissədən sonra fasilə müddətinin 15-dən 20 dəqiqəyə yüksəldilməsi təklif olunub.
Bundan əlavə, FIFPro havanın 28 dərəcədən yuxarı isti olacağı təqdirdə futbolçuların sağlamlığının qorunması məqsədilə matçların təxirə salınmasını tövsiyə edib.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.