Ötən gün İspaniya millisinin və "Real"ın keçmiş qapıçısı İker Kasilyasın hesabında bir qədər müəmmalı mətn peyda olub.
Lent.az-ın xarici mediayaistinadla xəbərinə görə, İker bunları yazıb:
"Düzünü desəm, bu haqda danışmaq barədə heç düşünməmişəm. 30 illik futbolda bu haqda çox az adama danışmışam, amma bunu paylaşmağın xoş olduğunu düşünürəm. Bu, karyeramın bir hissəsidir və düşünürəm ki, artıq vaxtdır. Bu, həqiqətən insanlara necə bir idmançı olduğumu anlamağa kömək edəcək. Bilirəm ki, bəziləri mənə bu barədə danışmamağımı söyləyəcək, amma bu, yalnız mənim qərarımdır".
Demək olar ki, dərhal ispaniyalı bu mətni silərək pərəstişkarlarını çaş-baş salıb.
Bu hekayənin davamı olacaqmı, nə baş verdiyini öyrənəcəyikmi - hələ məlum deyil.
Bu qış, Kasilyasın böyüklər üçün filmlər və OnlyFans xidmətinin ulduzu ilə görüşdüyü bildirilirdi.