"Fulham" İngiltərə Premyer Liqasının növbəti turunda "Vulverhempton"u məğlub etməkdə çətinlik çəkməyib.
İdman.Biz bildirir ki, oyun "Fulhem"in meydançasında keçirilib.
Artıq 9-cu dəqiqədə Rayan Sessenyon hesabı açıb.
Qonaqların oyunçusu Emmanuel Aqbadu 36-cı dəqiqədə meydandan qovulub.
İkinci hissədə Harri Uilson uzaq məsafədən zərbə ilə fərqi ikiqat artırıb, Yerson Mosquera isə öz qapısına qol vuraraq hesabı 3-0 edib.
"Fulhem" 11 xalla 14-cü yerdədir, "Vulverhempton"un cəmi iki xalı var və sonuncu yerdədir.