"Fulhem" "Şaxtyor"un yarımmüdafiəçisi Kevini transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Futbolçu ilə 5 illik müqavilə imzalayıb. "Fulhem" Kevinə görə Ukrayna klubuna 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, bu keçid "Fulhem"in tarixində ən bahalı transfer olub.