UEFA Avropa Liqasının üçüncü turunda "Frayburq" – "Utrext" oyunu keçirilib.
İdman.Biz bildirir ki, qarşılaşmada Almaniya komandası 2-0 hesabı ilə qələbə qazanıb.
Yuito Suzuki 20-ci dəqiqədə hesabı açaraq ev sahibi komandaya üstünlük qazandırıb. Vinçenzo Qrifo 45-ci dəqiqədə komandanın üstünlüyünü artırıb.
Bu oyundan sonra "Frayburq" Avropa Liqasının turnir cədvəlində yeddi xalla birinci, "Utrext" isə xalsız sonuncu yerdədir.
Növbəti turda "Frayburq" 6 noyabrda səfərdə "Nitsa" ilə oynayacaq, "Utrext" isə həmin gün "Porto"nu qəbul edəcək.