Fransızların Azərbaycana növbəti paxıllığı futbol sahəsində özünü göstərib.
İdman.biz xəbər verir ki, Fransa millisinin rəsmi səhifəsi 1995-ci ilin sentyabrında baş tutmuş Fransa - Azərbaycan (10:0) oyunundan fotolar paylaşıb. Həmin görüş Azərbaycan yığmasının tarixində ən ağır hesablı məğlubiyyət olaraq qalır.
Sözügedən paylaşım sosial şəbəkələrdə geniş müzakirələr doğurub. Azarkeşlər hesab edirlər ki, fransızlar bu addımı ilə köhnə yaraları bir qədər kobud şəkildə xatırladıblar.