"Real"ın İspaniya çempionatının 29-cu turu çərçivəsində doğma meydanda "Leqanes"i (3:2) məğlub etdiyi oyun Kilian Mbappe üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, fransalı forvard adını klubun tarixinə yazdırıb.
Aktivində 33 qol olan hücumçu "Real"da debüt mövsümündə qol baxımından Kriştianu Ronaldo və Ruud van Nistelroyun nailiyyətlərini təkrarlayıb.
Qeyd edək ki, rekordçu isə ilk mövsümdə 37 dəfə fərqlənən çilili İvan Zamoranoya məxsusdur.