Fransa millisinin sabiq hücumçusu Ceremi Menez futbolçu karyerasını başa vurub. Sport24.az xəbər verir ki, futbolçu martda "Bari" ilə müqaviləsi başa çatdıqdan sonra klub tapa bilmədiyi üçün bu qərara gəlib.
Menez karyerası ərzində "Roma", "PSJ" və "Milan"dakı çıxışları ilə yadda qalıb. 37 yaşlı oyunçu Fransa millisində də 24 matça çıxıb və 2 qol vurub.