top
Fransa millisinin Barkola qalmaqalı: Federasiya ilə PSJ arasında gərginlik artır Idman.biz
08 oktyabr 2025, 15:17
- ↺ +

Fransa millisinin Barkola qalmaqalı: Federasiya ilə PSJ arasında gərginlik artır

Fransa millisinin sabiq yarımmüdafiəçisi, hazırda isə "RMC Sport" kanalında ekspert kimi çıxış edən Jerom Roten Fransa Futbol Federasiyasını PSJ-nin hücumçusu Bredli Barkolanın zədəsi ilə bağlı tibbi məlumatları ictimaiyyətə açıqladığına görə sərt tənqid edib.

İdman.biz-in məlumatına görə, Roten federasiyanın bəyanatını məkrli bir gediş kimi dəyərləndirib və bu cür axmaqlıqların, deyəsən, heç vaxt bitməyəcəyini vurğulayıb.

O bildirib ki, Fransa Futbol Federasiyası tibb sirrini qorumalıdır və futbolçuların diaqnozunu açıqlamaqdan çəkinməyə borcludur: "Bu, çox məkrli bir işdir... Həkim sirri deyilən bir anlayış var, görünür, bunu unudublar. Bu axmaqlıqlar heç vaxt bitməyəcək".

Keçmiş futbolçu xatırladıb ki, adətən futbolçu yığmanın toplanışına gəlir, tibbi müayinədən keçir və əgər oynaya bilmirsə, zədənin xarakteri ilə bağlı heç bir ictimai şərh verilmədən kluba qayıdır.

Rotenin fikrincə, bu açıqlama federasiya ilə klublar arasında gərginliyi daha da artırıb. Bu gərginlik isə Usman Dembelenin və Dezire Duenin zədələri ilə bağlı əvvəlki hadisələrdən sonra daha da kəskinləşib.

Qeyd edək ki, Bredli Barkola oktyabrın 6-da Klerfontenə gəlib və burada yığmanın həkimləri onun "sağ dizaltı vətərdə xroniki zədə"si olduğunu müəyyənləşdiriblər. Elə həmin gün federasiya bu barədə rəsmi bəyanat yayıb ki, bu da PSJ-nin narazılığına səbəb olub. Paris klubu federasiyanın məlumatını açıq şəkildə təkzib edərək tibbi sənədlərdə xroniki zədəyə dair heç bir əlamətin olmadığını bildirib.

Bundan sonra Barkola yığmanın heyətində Floriyan Tovenlə əvəzlənib. Bu, Tovenin 2019-cu ildən bəri yığmaya aldığı ilk dəvətidir.

Xatırladaq ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fransa və Azərbaycan yığmaları arasında oyun oktyabrın 10-da Parisdə keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər