Fransanın "Renn" klubunun baş məşqçisi Stefan Julyenlə yollar ayrılıb. Sport24.az xəbər verir ki, 44 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Renn" çempionatda 10 turdan sonra 11 xalla 13-cü sıradadır.