top
Fransa ilə oyunda ümidverici məğlubiyyət: Milli komandanın mübarizəsi - İDMAN.BİZ-in TƏHLİLİ Idman.biz
11 oktyabr 2025, 09:59
- ↺ +

Fransa ilə oyunda ümidverici məğlubiyyət: Milli komandanın mübarizəsi - İDMAN.BİZ-in TƏHLİLİ

Futbol üzrə Azərbaycan millisi Dünya Çempionatı 2026-nın seçmə mərhələsində Fransaya qarşı oyunda döyüş ruhunu və mübarizə əzmi nümayiş etdirə bildi. Səfərdə, "Park de Prens" stadionunda baş tutan görüş 3:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatsa da, bu nəticəyə görə utanmağa əsas yoxdur.

Futbolçularımız dünya futbolunun nəhənglərindən biri olan Fransa millisinin hücum dalğasını saxlaya bilməsələr də, planetin ən güclü komandalarından biri ilə mübarizədə göstərdikləri istək və fədakarlığa görə ən xoş sözlərə layiqdirlər.

İdman.Biz-in məlumatına görə, Parisdəki oyundan əvvəl nəticə ilə bağlı xüsusi illüziyalar yox idi. Ayxan Abbasovun komandasının qarşısında yalnız real məqsədlər qoyulmuşdu - güclü fransızlara layiqli müqavimət göstərmək. Buna görə də topa tam nəzarət edəcəyi gözlənilən rəqibə qarşı millimiz, sadəcə, meydanın hər qarışında fədakarlıqla çıxış etməli idi.

"Park de Prens"də dolu tribunalar önündə Fransa ilə oynamaq hər bir futbolçu üçün əlavə psixoloji sınaqdır. Sevindiricidir ki, azərbaycanlı oyunçular təkcə bu təzyiqə tab gətirmədilər, həm də bəzi anlarda rəqibi təəccübləndirməyi bacardılar.

Bəhlul Mustafazadə müdafiədə əsl qəhrəmanlıq göstərdi - o, meydan sahiblərinin ondan çox zərbəsini blokladı və arxa xəttdə cəsarətlə oynadı. Abdulla Xaybullaev isə mərkəzdə fransızlara ciddi müqavimət göstərməklə onların gözləmədiyi dərəcədə sərt mübarizə apardı.

Müdafiə baxımından komanda özünü yaxşı tərəfdən göstərsə də, hücumda işlər qaydasında getmədi. Əks-hücumlarda ön xətdə Mahir Emreliyə ümid bəslənsə də, onun onsuz da nadir hücumlarımız zamanı ötürmələrdəki qeyri-dəqiqlikləri diqqətdən qaçmadı. Ümumilikdə, müdafiədən hücuma keçid demək olar ki, alınmadı. Bu isə təəccüblü deyil, çünki Fransa müdafiəçilərinin və dayaq yarımmüdafiəçilərinin səviyyəsi çox yüksək idi.

Bununla belə, ilk hissə Azərbaycan millisinin mübarizə aparmağa hazır olduğunu və asanlıqla təslim olmayacağını göstərdi. Fasiləyə bir neçə dəqiqə qalmış Kilian Mbappe növbəti dəfə niyə dünya futbolunun ulduzu sayıldığını sübut etdi. Onun cərimə meydançasına daxil olub özünəməxsus üslubda vurduğu qol artıq millimizin məğlubiyyətdən qaça bilməyəcəyini göstərdi.

Bununla belə, oyun gedişi hesabda böyük fərqin yaranmasına əsas vermirdi. Rabiotun vurduğu ikinci qol künc zərbəsindən sonra mövqe səhvinin nəticəsi idi, üçüncü topda isə müdafiə Toveni gözdən qaçırdı və o, maneəsiz qol vurdu.

Lakin rəqibin səviyyəsini və oyunun ümumi gedişini nəzərə alsaq, Fransaya qarşı 0:3 hesabı ilə məğlubiyyət pis nəticə sayıla bilməz. Xüsusilə də meydan sahiblərinin yüksək sürət potensialı və oyunun ritminə uyğun "ötürmə sürətini" dəyişmək bacarığı fonunda.

Oyundan sonra Ayxan Abbasov futbolçularının iradə və əzm nümayiş etdirdiyini vurğulayıb:

"Əgər istək və dözüm varsa, bu, gələcək üçün yaxşı təməl deməkdir. Sonrakı oyunlarda daha asan olacaq. Futbolçulara təşəkkür edirəm, meydanda öz güclərini tam şəkildə qoydular. Fransa kimi komandalarla oyunlar futbolçular üçün yaxşı təcrübədir. Üç gündən sonra bizi Ukrayna ilə daha çətin görüş gözləyir", – deyə millimizin baş məşqçi bildirib.

Fransa millisinin çalışdırıcısı Didye Deşam isə komandasının nəticə qazansa da, oyundan razı qalmadığını etiraf edib:

"Komandada yorğunluq hiss olunurdu. Topla hərəkət zamanı şaquli ötürmələrin çatışmazlığı var idi. Bəzən planlaşdırılan taktikanı yerinə yetirməkdə çətinlik çəkirdik. Futbolçulara daha intensiv oynamalı olduqlarını demişdim, ritm çatmırdı. Yorğunluğa görə Azərbaycan yığmasını çətin vəziyyətə sala bilmədik. Daha çox qol da vura bilərdik", – deyə D. Deşam etiraf edib.

Necə olsa da, Parisdəki görüş artıq bağlanmış səhifədir. İndi Azərbaycan millisinin növbəti rəqibi Ukrayna olacaq. Oktyabrın 13-də keçiriləcək bu qarşılaşma öncəsi "sarı-göylər" dünən İslandiyanı səfərdə məğlub ediblər(3:5) və Bakıda qeydə alınan heç-heçədən sonra revanş almağa çalışacaqlar. Komandamız isə həmin nəticənin təsadüfi olmadığını sübut etməyə can atacaq.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər