top
Fransa-Azərbaycan oyununun baş hakimi Rohit Saqqi: Millimizin iştirakı ilə olan oyun və maraqlı faktlar Idman.biz
08 oktyabr 2025, 16:30
- ↺ +

Fransa-Azərbaycan oyununun baş hakimi Rohit Saqqi: Millimizin iştirakı ilə olan oyun və maraqlı faktlar

2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fransa və Azərbaycan milli komandaları arasında keçiriləcək oyunun baş hakimi, FIFA referesi, norveçli Rohit Saqqi olacaq. O, daha əvvəl Azərbaycan millisinin iştirak etdiyi oyunu idarə edib və həmin görüşdə komandamız azlıqda qalıb.

İdman.biz-in məlumatına görə, FIFA referesi 2024-cü il oktyabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilmiş UEFA Millətlər Liqasının matçında baş hakim olub.

Həmin qarşılaşmada Fernandu Santuşun rəhbərlik etdiyi komanda 1:3 hesabı ilə məğlub olmuşdu. Yeganə qolu Toral Bayramov vurmuşdu.

Norveçli referini yaxşı xatırlayan futbolçulardan biri də Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun hücumçusu Mahir Emrelidir. O, həmin matçın 70-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu.

Maraqlıdır ki, Rohit Saqqi Fransa yığmasının iştirak etdiyi oyunda da yer alıb, lakin baş hakim kimi yox. O, bu ilin 20 mart tarixində keçirilən UEFA Millətlər Liqasının Xorvatiya - Fransa (2:0) ilk 1/4 final görüşündə dördüncü hakim funksiyasını yerinə yetirib.

23 martda Fransada baş tutan cavab görüşündə meydan sahibləri iki top vuraraq ümumi hesabı bərabərləşdirib. Ardınca penaltilər seriyasında xorvatlara 5:4 hesabı ilə üstün gələrək növbəti mərhələyə yüksəliblər. Püşkatmanın nəticəsinə əsasən, bu cütün qalibi Azərbaycan, Ukrayna və İslandiya ilə birlikdə D qrupuna düşüb. Beləliklə, demək olar ki, Rohit Saqqi dolayısı ilə Ayxan Abbasovun yetirmələrinin 10 oktyabrda Parisdə Fransa ilə qarşılaşmasına "töhfə verib".

Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər