top
Fransa - Azərbaycan oyunu öncəsi itkilər: SİYAHI + FOTO Idman.biz
10 oktyabr 2025, 00:27
- ↺ +

Fransa - Azərbaycan oyunu öncəsi itkilər: SİYAHI + FOTO

Fransa 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oktyabr oyunlarında tam gücü ilə oynamayacaq.

İdman.Biz "90min" saytına istinadən bildirir ki, zədələr, baş məşqçi Didye Deşamın seçimləri və hətta cəzalar itkilərin səbəblərindən yalnız bir neçəsidir.

Lakin tam heyətlə olmasa belə, Fransa yenə də təsirli olacaq. Komandanın əsas itkilərinin siyahısını təqdim edirik:

1. Qapıçı - Alfons Areola

Alfons Areola müntəzəm olaraq "Vest Hem"də oynamasına baxmayaraq, üçüncü qapıçı kimi yerini itirib. Mayk Menyana Bris Samba və Lukas Şevalye dəstək verəcəklər.

2. Sağ müddafiəçi – Pyer Kalulu

Pyer Kalulu "Yuventus"da çox və uğurlu çıxış edir. Fransız futbolçu, şübhəsiz ki, bir neçə ay əvvəl Fransa millisinin düşərgəsinə getməssinin bədəlini ödəyir. Didye Deşam onun performansından təsirlənməyib və Jül Kundeni dəstəkləmək üçün Malo Qustoya üstünlük verib.

3. Mərkəz müdafiəçisi – Bencamin Pavar

Bencamin Pavar "Marsel"in həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi kimi özünü yaxşı göstərib. Oyunçu Çempionlar Liqasında və milli çempionatda fərqlənib. O, rəqabətin şiddətli olduğu komandada beşinci təkər kimi görünür.

4. Mərkəz müdafiəçisi – Leni Yoro

Leni Yoro yaxşı çıxış etməyən "Mançester Yunayted" komandasında oynayır. "Qırmızı şeytanlar"ın müdafiəçisi müntəzəm olaraq start heyətində meydana çıxır və getdikcə daha yaxşı oynayır. Daha yaxşı nəticələrlə o, millidə start yeri uğrunda mübarizə apara bilərdi.

5. Sol müdafiəçi – Ferlan Mendi

Ferland Mendi "Real Madrid""də oynayarkən zədələnib. İstənilən halda, fransalı müdafiəçi onu vaxtilə milliyə çağıranda oyunundan məyus olan Didye Deşamın planlarında artıq yoxdur.

6. Müdafiəyəmeylli yarımmüdafiəçi – Orelyen Tçuameni

Orelyen Tçuameni İslandiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda qovulmasından sonra milli komandanın heyətindən kənarda qalıb. Fransalı futbolçu iki oyunluq cəzalanıb və buna görə də heyətə daxil edilməyib.

7. Hücumameylli yarımmüdafiəçi – Dezire Due

Dezire Due Fransa millisində son oyunundan sonra zədələnib. PSJ-nin ulduzu o vaxtdan bəri oynamayıb, tribunadan komanda yoldaşlarını izləməklə kifayətlənib.

8. Hücumameylli yarımmüdafiəçi – Rayan Şerki

Rayan Şerki "Mançester Siti"də çıxış edərkən bir aya yaxındır ki, zədələnib. Lakin "Lion"un keçmiş oyunçusu heyətə daxil edilmək ümidlərini itirmir.

9. Sağ vinger – Usman Dembele

2025-ci ilin "Qızıl top"unun sahibi Fransa ictimaiyyətinin qarşısına çıxmazdan əvvəl bir müddət gözləməli olacaq. Usman Dembele son təlim-məşq toplanışında aldığı zədəni hələ də sağaldır.

10. Hücumçu – Markus Türam

Markus Türam təlim-məşq toplanışı ərəfəsində zədələnib. Qısa müddətli zədə onun oyunda iştirakına mane olacaq.

11. Sol hücumçu – Bredli Barkola

Bredli Barkola da "PSJ"nin oyununda zədə alıb. Gənc oyunçu növbəti təlim-məşq toplanışı üçün Fransa yığmasına qayıdacaq.

Qeyd edək ki, oktyabrın 10-da "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər